ABŞ-ın Türkiyədəki səfirliyində terrakt planlaşdıran 4 iraqlı saxlanılıb





ABŞ-ın Türkiyədəki səfirliyinin təhlükəsizliklə bağlı SOS siqnalından sonra Türkiyə hüququ mühafizə orqanı ciddi əməliyyatlara başlayıb. 

"Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki, Türkiyənin  Qara dəniz sahilində yerləşən Samsun şəhərində ABŞ səfirliyində terrakt törətməyi planlaşdıran 4 iraqlı saxlanılıb. Araşdırmalar nəticəsində həmin şəxslərin İŞİD-lə bağlantısı üzə çıxıb".

Qeyd edək ki,Türkiyə hökuməti Ankarada təhlükəsizlik tədbirlərini gücləndirib. Ölkədə İŞİD terror qruplaşmasının üzvü hesab olunan 12 nəfər saxlanılıb.

"Sherg.az" "Le figaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Anadolu agentliyi məlumat yayıb.

Xəbərə əsasən, bu əməliyyatı ABŞ-ın Türkiyədəki səfirliyinin bu gün təhlükəsizlik məsələləri ilə bağlı həyacan təbili çalaraq fəaliyyətini bir günlük dayandırması zəruri edib. Məlum olub ki, saxlanılanlardan əksəriyyəti İŞİD-lə iş birliyi quran və döyüş zonalarında iştirak edən xarici vətəndaşlardır.

Tərcümə etdi: Ayyət Əhməd