Artıq həmin şəraitdə Azərbaycan öz torpaqlarını müharibə yolu ilə geri qayataracaq. Ona görə də, ABŞ öz fikirini rəsmi nümayəndəsi, səfiri vasitəsi ilə çatdırıb. Digər sevindirici hallardan biri odur ki, Rusiyanın siyasi rəhbərliyi də bu fikirdədir. Həmçinin Fransa belə bir fikir bildirməsə də, hər zaman Azərbaycanın müstəqilliyini tanıdıqlarını və ölkəmizin suverenliyinə hörmətlə yanaşdıqlarını qeyd edirlər".
"ABŞ münaqişinin həllinə dair mövqeyini səfirin vasitəsi ilə çatdırıb"- Aktual şərh
11:22 17.10.2018
Arxiv
739
"Dünyanın lider dövlətlərinin Dağlıq Qarabağın Azərbaycana qaytarılması haqqında olan fikirləri bu məsələdə ölkəmizə hüquqi əsas verir”
Bunu "Sherg.az”a açıqlamasında ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin "İşğal edilmiş ərazilərin bir hissəsini Azərbaycana qaytarmadan Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün olmayacaq” açıqlamasına münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, ABŞ-ın Ermənistandakı səfirinin belə bir açıqlama verməsi Azərbaycan üçün müsbət haldır:
"ABŞ ATƏT-in Minsk qurumunun və MDB-nin Təhlükəsizlik şurasının əsas üzüvlərindən biridir. Bununla yanaşı ABŞ dünyanın lider ölkəsidir. Ona görə də onun Ermənistandakı səfirinin Azərbaycanın lehinə olan və eyni zamanda həqiqəti əks etdirən fikirlər bildirməsi təqdirəlayiqdir. ABŞ-ın rəsmi nümayəndəsi bəyan edir ki, işğal olunmuş ərazilər boşaldılıb Azərbaycana qaytarılmalıdır. Əks təqdirdə münaqişənin həlli qaçılmaz olacaq.
Artıq həmin şəraitdə Azərbaycan öz torpaqlarını müharibə yolu ilə geri qayataracaq. Ona görə də, ABŞ öz fikirini rəsmi nümayəndəsi, səfiri vasitəsi ilə çatdırıb. Digər sevindirici hallardan biri odur ki, Rusiyanın siyasi rəhbərliyi də bu fikirdədir. Həmçinin Fransa belə bir fikir bildirməsə də, hər zaman Azərbaycanın müstəqilliyini tanıdıqlarını və ölkəmizin suverenliyinə hörmətlə yanaşdıqlarını qeyd edirlər". "Həmin dövlətlər və ərazi bütövlüyümüzü tədiqləyən beynəlxalq qurumlar tələblərin yerinə yetirilməməsinə görə, Ermənistana sankisiyalar tətbiq etməli idi. Amma belə bir addım atılmayıb. Azərbaycan parlamentinin 100 illik yubileyi ilə bağlı iclasda Böyük Britaniyanın nümayəndəsi birbaşa tiribunadakı çıxışından bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və geri qaytarılmalıdır. Yəni dünyanın bütün dövlətləri, beynəlxalq qurumları Dağlıq Qarabağın Azərbaycana qaytarımalı olduğunu iddia edir , bu istiqamətdə qətnamələr qəbul olunulur, amma əməli hərəkət yoxdur. Ya Ermənistan ərazilərimizi könüllü şəkildə boşaltmalı ya da güc tətbiq edərək çıxaracağıq. Onlar da ərazilərimizi könüllü şəkildə geri qaytarmırlar. Ermənistan hakimiyyət nümayəndələri sərsəm bəyanatlar verməklə məşğuldurlar".
Parlamentari sonda onu da əlavə edib ki, ABŞ səfirinin bizim maraqlarımıza yönəlik fikirləri ölkəmizin Dağlıq Qarabağla bağlı hüquqi əsalarını möhkəmləndirir:
" Bundan istifadə edərək ölkəmiz sülh yolu ilə mümkün olmasa, digər yolla Dağlıq Qarabağ münaqişəsini həll edəcək”.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills "işğal edilmiş ərazilərin bir hissəsini Azərbaycana qaytarmadan Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün olmayacaq” deyib. Səfirin sözlərinə görə, Ermənistan hazırkı vəziyyətdə münaqişədə uzlaşmaya gedən tərəf kimi görünmür: "Demək olar ki, tərəfləri razı salan variantların heç biri Ermənistanda müzakirə edilmir. Bu, məni təəccübləndirir və narahat edir. Ermənistana gələndə münaqişənin dinc yolla həllini istəyən ermənilər indi öz fikirlərini dəyişiblər. Hökumətimin məsələnin dinc yolla həll səylərinə dəstək verilməməsi, sözün açığı, məni çaşdırır”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya