ABŞ şirkətləri ərazilərimizin bərpasında maraqlıdır
14:18 11.03.2021
Arxiv
402
Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergeri qəbul edib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında energetika sektorunda əməkdaşlıq əlaqələrindən bəhs edilib. Enerji keçidi prosesində iki ölkə arasında bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb, bu istiqamətdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib.
Məlumata görə, nazir ölkəmizdə energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə həyata keçirilən layihələr və müvafiq sahənin tənzimlənməsi məqsədi ilə hazırlanmış qanun layihələri, həmçinin işğaldan azad edilmiş ərazilərin yaşıl enerji ilə təminatı planları haqqında məlumat verib.
Səfir Örl Litzenberger Cənub Qaz Dəhlizi layihəsinin ABŞ tərəfindən dəstəkləndiyini və ölkəsinin şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və infrastrukturunun bərpasında iştirakda maraqlı olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat