"ABŞ Türkiyədə ölkədaxili stabilliyi pozmağa cəhd göstərə bilər" - Aktual Şərh
15:03 30.07.2018
Arxiv
694
"Azər Rəşidoğlu:"Bu baş verərsə, Ankara Rusiya, İran və Çin ilə münasibətləri gücləndirməyə məcbur olacaq”
"Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyənin müstəqil siyasətindən narahat olur”.
Bu barədə "Sherg.az”a son zamanlar gündəmdə olan ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi barədə iddialara münasibət bildirərkən "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri, siyasi şərhçi Azər Rəşidoğlu bildirib.
O vurğulayıb ki, bu səbəbdən Türkiyə alternativ güc mərkəzləri ilə əməkdaşlığa səy göstərir:
"Belə vəziyyətdə dünya güclərindən biri olan Rusiya da dünyanın mərkəzində yerləşən ən əhəmiyyətli, regional dövlət olan Türkiyə ilə əməkdaşlığa üstünlük verir. Türkiyə və Rusiya arasındakı əməkdaşlıq bu cür davam etdikcə, münasibətlərin müvəqqəti xarakter daşıdığını demək olmaz. ABŞ və NATO üzvləri Türkiyəyə münasibətdə səmimi deyillər. Rəsmi Ankara bu cür münasibətlə qarşılaşdığı müddətcə Rusiya ilə yaxınlaşmağa davam edəcək.
Hesab edirəm ki, Türkiyəyə S-400 aldığı üçün sanksiyaların tətbiq edilməsi çox böyük geosiyasi problemləri də özü ilə birlikdə gətirə bilər. Qərbin son dövrlərdə narazı qaldığı nöqtələrdən biri də Türkiyənin Rusiya və İranla yaxınlaşmasıdır”.
A.Rəşidoğlunun fikrincə, ABŞ Türkiyəyə sanksiya tətbiq edərsə, bunun nəticələri Qərb üçün də ürəkaçan olmaya bilər:
"Suriyadakı problemlərin artdığı bir dönəmdə ABŞ bölgədəki ən önəmli müttəfiqlərindən biri, NATO-da ikinci böyük ordunun sahibi olan Türkiyə ilə yeni problemlərinin meydana çıxmasını istəməz. Bu, Amerikanın bölgə maraqları baxımından çox ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. NATO-nun rəqiblərindən havadan müdafiə sistemləri alacağı təqdirdə Ankaraya sanksiya tətbiq edilməsi bir təhdiddir. Ehtimal edirəm ki, ABŞ Türkiyədə ölkədaxili stabilliyi pozmağa cəhd göstərə bilər. Bu baş verərsə, Ankara Rusiya, İran və Çin ilə münasibətləri gücləndirməyə məcbur olacaq”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın "F-35” tipli yeni nəsil qırıcı təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə beynəlxalq arbitraja müraciət edəcəyini açıqlayıb.
Xatırladaq ki, ABŞ Konqresi Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəməsinə görə, Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş 5-ci nəsil yeni "F-35” hərbi təyyarələrinin bu ölkəyə göndərilməsinə qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya