Abşeronda quşlar niyə kütləvi tələf olur? - AÇIQLADI
08:06 16.03.2021
Arxiv
396
Abşeron rayonu, “Bərk-dərə” adlanan ərazidə quşçuluq fəaliyyəti ilə məşğul olan müəssisədə quşların kütləvi tələfatı ilə bağlı məsələdən xəbərdarıq. Tələf olmuş quşlardan nümunələr götürülüb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.
Bildirilib ki, həmin müəssisəyə 21 fevral 2021-ci il tarixində baxış keçirilib:
“Agentliyin mütəxəssisləri tərəfindən bununla bağlı müvafiq araşdırmalar aparılıb və zəruri tədbirlər həyata keçirilib. Tələf olmuş quşlardan nümunələr götürülərək müayinə olunması üçün AQTİ-nin müvafiq laboratoriyasına təqdim olunub. Laborator müayinənin nəticələrinə əsasən, quşlarda qarışıq infeksiyon xəstəlik törədiciləri aşkarlanıb. Təlimata uyğun olaraq, tələf olmuş quşlar mütəxəssislərin iştirakı ilə biotəhlükəsizlik qaydalarına uyğun məhv edilib. Müəssisə AQTA-nın baytar müfəttişləri tərəfindən nəzarətə götürülüb və hazırda müvafiq qurumlarla birgə təsərrüfatda sağlamlaşdırıcı tədbirlər davam etdirilir”.
Məlumatda o da qeyd olunub ki, ümumiyyətlə son iki ay ərzində media vasitəsi ilə əhaliyə ünvanlanmış müraciətlər nəticəsində AQTA-nın “1003-Çağrı Mərkəzi”nə ölkəmizin bəzi ərazilərində, o cümlədən parklarda quşların kütləvi tələfatı ilə bağlı bir sıra məlumatlar daxil olub və hər bir məlumat araşdırılaraq müvafiq tədbirlər görülüb:
“Bir müddət əvvəl media səhifələrində dərc olunmuş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “Gülüstan parkı” adlanan ərazidə qarğaların kütləvi tələfatı ilə bağlı məlumatların araşdırılması nəticəsində həmin hadisənin səbəbinin havaların kəskin soyuması ilə bağlı fizioloji ölüm və qarışıq infeksiya olduğu müəyyənləşdirilib.
AQTA bir daha vətəndaşlara diqqətli olmağı, xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağı, şübhəli hallarla bağlı dərhal agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat verməyi tövsiyə edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə