"Abşeron"Gənclər şəhərciyində bir ev külə döndü - FOTOLAR

Hazırda Abşeron Gənclər şəhərciyi blok 53, mərtəbə 3 də güclü yanğın baş verib. 
Sherg.az-ın xəbərinə əsasən, ilkin ehtimala görə, yanğının baş verməsinə elektrik xətlərində qısa qapanmasının yaranması səbəb olub. 
Ona görə ki, həmin mənzildə yaşayış olmayıb və mənzil təmir olunurmuş. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri cəlb olunsa da bir neçə saatdır yanğının qarşısını almaq mümkün olmayıb.
Qeyd edək ki, hadisə nəticəsində binadakı bütün sakinlər təxliyyə olunub və xəsarət alan olmayıb.
Ayyət Əhməd