Venera retrosu başlayır: Münasibətlər və maliyyə ilə bağlı xəbərdarlıq

Astrologiya ilə maraqlananların diqqətində olan Venera retrosu 3 oktyabrda başlayacaq. Hürriyet yazır ki, retro əvvəlcə Əqrəb bürcündə başlayacaq, 25 oktyabrda Tərəzi bürcünə keçəcək və 14 noyabrda başa çatacaq.

Astroloji yanaşmaya görə, Venera sevgi, münasibətlər, maliyyə, estetika və insanın dəyər anlayışı ilə əlaqələndirilir. Bu dövrdə keçmiş münasibətlərin və həll olunmamış məsələlərin yenidən gündəmə gələ biləcəyi bildirilir.

Mütəxəssislər astroloji şərhlərə əsasən bu müddətdə böyük maliyyə yatırımlarında, riskli xərclərdə və yeni maliyyə ortaqlıqlarında ehtiyatlı olmağı tövsiyə edir. Eyni zamanda nişan və evlilik kimi mühüm münasibət qərarlarının təxirə salınması, xarici görünüşdə radikal dəyişikliklər və estetik əməliyyatlarla bağlı qərarlara da tələsməmək tövsiyə olunur.

Məlumata görə, 24 oktyabr-13 noyabr tarixlərində Merkuri retrosunun da davam etməsi səbəbindən oktyabrın sonu və noyabrın əvvəlində münasibətlərdə ünsiyyət problemlərinin arta biləcəyi iddia olunur.