ABŞ və Çin tarifləri 30 milyard dollar azaltmaq barədə razılığa gəliblər

ABŞ və Çin tarifləri 30 milyard dollar azaltmaq barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ və Çin Si Cinpinin Vaşinqtona səfəri zamanı 30 milyard dollarlıq mallara qarşı tarifləri qarşılıqlı olaraq azaltmaq barədə razılığa gəliblər.

Agentlik bildirir ki, razılaşma ABŞ-Nİn kənd təsərrüfatı məhsulları, taxta və kosmetika ixracına, eləcə də kiçik məişət texnikası, oyuncaqlar və dekorativ əşyaların idxalına aiddir.

Ağ Evin mətbuat açıqlamasında bildirilir ki, hər iki tərəf 30 milyard dollar dəyərində rüsumsuz neytral mallar üçün daha əlverişli tarif rejimi tövsiyələri ilə bağlı razılığa gəliblər.