Ağdaşda baş verən zəncirvari avtoqəzada 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb
19:03 04.04.2014
Arxiv
618
Ağdaşda baş verən zəncirvari avtoqəzada biri körpə uşaq olmaqla ailənin 3 üzvü ölüb, iki nəfər xəsarət alıb.
APA-nın məlumata görə hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun 270-ci kilometrliyində, Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə 24-BE-444 və 60-BM-344 dövlət nömrə nişanlı iki "KamAZ” markalı yük avtomobili toqquşub. Zərbənin təsiri nəticəsində yük maşınlarından biri yolun kənarında dayanmış 90-XZ-697 dövlət nömrə nişanlı "VAZ 2107” markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində hər üç avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində mişar daşı ilə olan olan yük maşınlarının sürücüləri Tovuz rayon sakini 1965-ci il təvəllüdlü Əhmədov Bəhram Talıb oğlu və Hacıqabul rayon sakini 1988-ci il təvəllüdlü Əliyev Mehdi Rza oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. "VAZ 2107” markalı minik maşınının sürücüsü, Qazax rayon Çaylı kənd sakini 1988-ci il təvəllüdlü Balayev Elvin Loğman oğlu, qaynanası 1962-ci il təvəllüdlü Qaraxanova Akifə Məşədi qızı və 15 gün əvvəl doğulmuş körpə qız övladı dünyasını dəyişib. FHN-nin xilasediciləri maşında sıxılmış vəziyyətdə qalmış ölən adamların meyitlərini xüsusi kəsiçi alətlərdən istifadə etməklə çıxararaq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə təhvil veriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
***
17:47
APA-nın məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatda bildirilir ki, 24-BE-244 və 60-BM-344 dövlət nömrə nişanlı iki yük avtomobili və 90-XZ-697 dövlət nömrə nişanlı "VAZ 2107” markalı minik maşını toqquşub.
Hadisə nəticəsində minik maşınının sürücüsü və iki sərnişini dünyasını dəyişib.
Yaralıların da olduğu bildirilir.
Hadisə yeni baş verdiyi üçün ölən və yaralananların dəqiq sayını və kimliyini müəyyən etmək hələlik mümkün olmayıb.
Hadisə yerində FHN-in xilasediciləri işləyirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerindədir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət
Tramp: İran mediasının saziş layihəsinə dair yaydığı xəbər yalandır
19:25 12.06.2026
Dünya