Ağdaşda zəncirvari qəza: çoxlu sayda ölən və yaralanan var
18:57 04.04.2014
Arxiv
689
Ağdaşda baş verən zəncirvari avtoqəzada biri körpə uşaq olmaqla ailənin 3 üzvü ölüb, iki nəfər xəsarət alıb
APA-nın məlumata görə hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun 270-ci kilometrliyində, Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə 24-BE-444 və 60-BM-344 dövlət nömrə nişanlı iki "KamAZ” markalı yük avtomobili toqquşub. Zərbənin təsiri nəticəsində yük maşınlarından biri yolun kənarında dayanmış 90-XZ-697 dövlət nömrə nişanlı "VAZ 2107” markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində hər üç avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində mişar daşı ilə olan olan yük maşınlarının sürücüləri Tovuz rayon sakini 1965-ci il təvəllüdlü Əhmədov Bəhram Talıb oğlu və Hacıqabul rayon sakini 1988-ci il təvəllüdlü Əliyev Mehdi Rza oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. "VAZ 2107” markalı minik maşınının sürücüsü, Qazax rayon Çaylı kənd sakini 1988-ci il təvəllüdlü Balayev Elvin Loğman oğlu, qaynanası 1962-ci il təvəllüdlü Qaraxanova Akifə Məşədi qızı və 15 gün əvvəl doğulmuş körpə qız övladı dünyasını dəyişib.
FHN-nin xilasediciləri maşında sıxılmış vəziyyətdə qalmış ölən adamların meyitlərini xüsusi kəsiçi alətlərdən istifadə etməklə çıxararaq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə təhvil veriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
* * * *
APA-nın məlumatına görə, hadisə bu gün saat 17 radələrində Bakı-Qazax yolunun Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatda bildirilir ki, 24-BE-244 və 60-BM-344 dövlət nömrə nişanlı iki yük avtomobili və 90-XZ-697 dövlət nömrə nişanlı "VAZ 2107” markalı minik maşını toqquşub.
Hadisə nəticəsində minik maşınının sürücüsü və iki sərnişini dünyasını dəyişib.
Yaralıların da olduğu bildirilir. Hadisə yeni baş verdiyi üçün ölən və yaralananların dəqiq sayını və kimliyini müəyyən etmək hələlik mümkün olmayıb.
Hadisə yerində FHN-in xilasediciləri işləyirlər.Hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerindədir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət