Ağsuda kişi su quyusuna düşüb öldü

Ağsuda kişi su quyusunda boğulub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Kalva kəndində qeydə alınıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1958-ci il təvəllüdlü Hacıyev Namid Ağasən oğlunun meyitini quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.