AİB: "Bu il Azərbaycanda iqtisadi artım 1,7 faizə yüksələcək"
14:57 11.04.2018
Arxiv
1328
"2018-ci ildə Azərbaycanda iqtisadi artım 1,7%-ə, 2019-cu ildə isə 2%-ə yüksələcək”.
"APA-Economics” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) "Asiya İnkişaf Proqnozu 2018” adlı hesabatında qeyd olunub.
Hesabat müəllifləri qeyd edir ki, proqnozlara əsasən, 2018-2019-cu illərdə Azərbaycanda inflyasiya müvafiq olaraq 7% və 8% təşkil edəcək. "Yüksək neft qiymətləri, xidmətlər və kənd təsərrüfatından əldə olunan gəlirlər sayəsində 2017-ci ildə Azərbaycanda iqtisadi vəziyyət sabitləşib. Bununla yanaşı, tədiyyə balansında da profisit qeydə alınıb. Neft qiymətlərinin növbəti dəfə aşağı düşəcəyi təqdirdə 2018-ci ildə sənaye istehsalının 0,5% azalacağı proqnozlaşdırılır.
Buna baxmayaraq, ilin ikinci yarısında "Şahdəniz-2” layihəsinin istismara verilməsi ilə qaz hasilatının 3% artacağı gözlənilir. Dövlət investisiyalarının, infrastruktur və mənzil tikintisinin artması nəticəsində 2018-ci ildə tikinti sektoru 6%, 2019-cu ildə isə 3% böyüyəcək. Eyni zamanda, yüksək gəlirlər və milli valyutanın sabitliyi həm 2018, həm də 2019-cu ildə fərdi istehlak həcminin artmasına səbəb olacaq. Qaz hasilatının artması 2019-cu ildə xalis ixracı da genişləndirəcək".
AİB "Şahdəniz-2” layihəsinin istifadəyə verilməsi, neft qiymətlərinin 60 dollardan yuxarı olması səbəbindən tədiyyə balansının profisitinin 2018-ci ildə ÜDM-in 6,9%-nə, 2019-cu ildə isə 6,2%-nə bərabər olacağını proqnozlaşdırır. "İdxal əməliyyatlarının bu il 6% azalacağı, ixracın isə 13% artacağı gözlənilir”, - deyə hesabatda vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm