“Aida İmanquliyevanın araşdırmaları Azərbaycan üçün çox önəmlidir”
13:27 19.09.2017
Arxiv
601
Bu gün şərqşünas, araşdırmaçı, filologiya elmləri doktoru Aida İmanquliyevanın anım günüdür.
"Sherg.az" xəbər verir ki, "Tələb edirəm” komandası bu gün Aida İmanquliyevanın məzarını ziyarət edib.
Aida İmanquliyevanın Azərbaycan üçün çox önəmli olduğunu deyən "Tələb edirəm” komandasının rəhbəri Qəmər Mustafayeva əlavə edib ki, o, Azərbaycan üçün ən möhtəşəm nümunələrdən biridir:
"Biz ən möhtəşəm, güclü qadınları özümüzə nümunə götürürük. Düşünürəm ki, Aida İmanquliyeva da bu nümunələrdən biridir. Çünki onun araşdırmaları, tərcümələri Azərbaycan üçün çox önəmlidir. Biz onu sevirik və onun irsini, yazdıqlarını, ən əsası isə dünya ədəbiyyatından tərcümələrini öyrənib qiymətləndiririk.
Biz də "Tələb edirəm” komandası olaraq Aida İmanquliyeva irsinin öyrənilməsi üçün çox ciddi addımlar atacaq, onun araşdırmalarının daha çox insana çatması üçün çalışacağıq.
Ümumiyyətlə "Tələb edirəm” komandası Azərbaycanda qadın obrazı formalaşdırmaq üçün fəaliyyət göstərir. Düşünürük ki, dünyanın ən güclü, ən möhtəşəm qadınları bizim nümunələrimizdən olmalıdır.
Bunun üçün hər gün dayanmadan çalışır, seminarlar, müzakirələr keçirir, tərcümələr edirik ki, bu da mətbuatda yayımlanır”.
Aida İmanquliyeva 10 oktyabr 1939-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb və daha sonra Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib.
Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, həmin institutda direktor vəzifəsində çalışıb.
Onun ilk mətbu məqaləsi bütövlükdə ərəb dünyasına, həm də Qərb mədəniyyətinə mənsub olan hərtərəfli şəxsiyyət kimi səciyyələndirdiyi livanlı yazıçı Mixail Nüaymə haqqında olub ("Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı"). Bundan başqa A.İmanquliyeva bir neçə araşdırmanın da müəllifidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol