Ailəsini qətl edən şəxs: "Sanki özüm deyildim"
09:04 25.09.2017
Arxiv
464
Arvadını və baldızı qızını qətlə yetirməkdə təqsirli bilinən Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası sentyabrın 28-nə təyin edilib.
Xatırladaq ki, Qurban Hüseynov ifadəsində bildirib ki, qətli törədən zaman özündə olmayıb: "Hadisə günü işdən çıxıb evə gəldim. Yemək istədim. Yatmışdım. Evdə mübahisə yarandı. Məni söydülər, təhqir elədi. Dedi, "sən kişi deyilsən dur burdan çıx". Çölə çıxdım, sonrasını xatırlamıram. Peşmanam. Ailəmi məhv eləmişəm. O qızı öz uşaqlarımdan da çox istəyirdim. Mübahisəmiz tez-tez yaranırdı. Səbəb də onu göstərirdi ki, cavanlıqda ona çox zülm eləmişəm. Münasibətimiz əvvəllərdən çox yaxşı olub. Həm də bizim ki qohum evliliyi olub. Qıraqdan baxanlar bizə qibtə edirdi. İndi çox peşmanam. Hadisə vaxtı sanki özüm deyildim. Heç istəməzdim ki, belə olsun. Ailəm dağıldı".
Qeyd edək ki, qətl bu il martın 3-də Abşeron rayonu Saray qəsəbəsində baş verib.
Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib.
Q.Hüseynov evdə olan baldızı qızı 18 yaşlı Rəhilə Əsgər qızını da öldürüb. Xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının hadisədən iki gün öncə nişan mərasimi olub.
Q.Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib. Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, qətl törədən şəxs "N Brother" qrupunun üzvü İsmayıl Hüseynov atasıdır.
Müğənni həmçinin bu işdə ölən şəxsin hüquqi nümayəndəsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya