Akademikdən mətbuata ismarıc: " "Qanuni oğru”nun müsbət imicini formalaşdırmaq oilmaz ! "
10:57 08.11.2017
Arxiv
601
Nizami Cəfərov:"Ciddi, milli təfəkkürlü, dövlətçilik düşüncəli mətbuat buna imkan verməməlidir. Çünki bu cür “kölgə idarəçiliyi”, onların qorxu yaratmaq vasitəsi kimi mövcudluğu cəmiyyətin ziyanınadır"
"Sovet İttifaqının dağılması ərəfəsində "qanuni oğrular” kifayət qədər böyük qüvvəyə çevrilmişdi”.
Bu barədə "Sherg.az”a son zamanlar cəmiyyətin və eləcə də cəmiyyətin güzgüsü hesab olunan medianın krimanal xarakterli xəbərlərə geniş meydan verməsinin doğurduğu etirazlara münasibət bildirərkən millət vəkili, akademik Nizami Cəfərov deyib.
O bildirib ki, milli azadlıq, ölkənin bölünməsi illərində "oğrular” daha da fəallaşıb, hətta hakimiyyətə ciddi təsir göstərməyə başlayıblar:
"Həmin dövrdəki hərc-mərclik bu cinayətkarların mütəşəkkil fəaliyyət göstərməsinə imkan yaradırdı. Rusiyada həmin vaxtlarda daha güclü orqanizmə çevrilmişdilər. Bu gün də bir sıra post-sovet ölkələrində onlar mövcuddur. Hətta bəzi yerlərdə "qanuni oğru”ların ekvivalenti var – "kölgə hakimiyyəti” və s. adlarla fəaliyyət göstərirlər.
Azərbaycanda isə buna qarşı ümummilli lider Heydər Əliyev ciddi addımlar atdı və həmin sistemin ölkədə qol-qanad açmasına imkan vermədi. Hakimiyyət yalnız qanuni seçkilərlə seçilmiş, konstitusiyaya uyğun müəyyənləşdirilmiş qolların əlində oldu. Bu gün də elədir. Azərbaycanda "qanuni oğru”ların qarşısı alındı və bu, müsbət addım oldu.
Bu gün isə mətbuatda müxtəlif formalarda "oğru dünyası” hallandırılır. Ciddi, milli təfəkkürlü, dövlətçilik düşüncəli mətbuat buna imkan verməməlidir. Çünki bu cür "kölgə idarəçiliyi”, onların qorxu yaratmaq vasitəsi kimi mövcudluğu cəmiyyətin ziyanınadır.
Düşüncəli mətbuat, işini bilən, cəmiyyətə xidmət edən media belə halların qarşısını almalıdır. Bu şəkildə hansısa təbliğat aparmaq, mətbuatda "qanuni oğru”nun müsbət imicini formalaşdırmaq yolverilməzdir. Buna qarşı böyük mübarizə lazımdır”.
Qeyd edək ki, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov xəbər portallarında kriminal hadisələrin təbliğat formasında işıqlandırılmasını tənqid edib. Ə.Amaşov bildirib ki, Şura nümayəndələri "Google”da "Dağlıq Qarabağ”, "Bakı – Tbilisi – Qars (BTQ) dəmiryolu”, "FədayəLaçın” və "Qoca” ləqəbli kriminal avtoritet” sözlərini axtarışa verib:
"Birinci yerdə "Fədayə Laçın”, ikinci yerdə "Dağlıq Qarabağ”, üçüncü yerdə "Qoca”, dördüncü yerdə "Bakı-Tbilis-Qars dəmiryolu” ifadələri qərarlaşmışdı. Bax bu, Azərbaycan mətbuatının mənzərəsini göstərən vəziyyətdir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət