Əhməd Qəşəmoğlu: “Bəzən görürük ki, gənclər metroda, ağsaqqal adamın başı üstündə biri-birini oxşayırlar və öpüşürlər. Bunlar birbaşa tərbiyəsizlikdir”
Akademiyanın parkındakı gənclər alimləri hiddətləndirdi
07:44 15.11.2017
Arxiv
1170
Elvüsal Məmmədov: “Belələri gədədirlər, cins baxımından kişidirlər, şəxsiyyət və kimlik baxımından kişi adı onlara yaraşmır”
Əhməd Qəşəmoğlu: “Bəzən görürük ki, gənclər metroda, ağsaqqal adamın başı üstündə biri-birini oxşayırlar və öpüşürlər. Bunlar birbaşa tərbiyəsizlikdir”
Əhməd Qəşəmoğlu: “Bəzən görürük ki, gənclər metroda, ağsaqqal adamın başı üstündə biri-birini oxşayırlar və öpüşürlər. Bunlar birbaşa tərbiyəsizlikdir”
AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, fəlsəfə doktoru, ilahiyyatçı Elvüsal Məmmədovun gənc cütlüklərlə bağlı yazdığı status sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
"Bu gün işə gələrkən akademiya binasının sağında yerləşən ağaclıqda iyrənc mənzərənin şahidi oldum. Biri-birinə yaxın iki skamyanın hər birində cütlüklər əyləşib öz aləmlərində idilər. Məni ilk andan dəhşət bürüdü ki, insan həya hissindən nə qədər uzaq olsun ki, başqasının yanında utanıb-qızarmadan, bivecliklə bu işi görsün. Görün bizdə həya hissi, xüsusilə bir çox oğlanlarda o qədər azalıb ki, onlar heç bir narahatlıq keçirmədən qız müqabilləri ilə hamının gözü qarşısında tərbiyəsizlik edirlər. Mənəvi-əxlaqi aşınma olmaqla yanaşı, "girlfrend və boyfrend” xəstəliyinin cəmiyyətdə yayılmağının, özü də heç bir qınaq və müqavimətə rast gəlmədən yayılmağının ağrılı-acılı göstəricisidir bu!
Burada iki məqam var. Birincisi, ya bu oğlanlar həmin qızları əyləncə obyekti seçərək, onlardan ancaq bioloji istəklərinin təmini üçün istifadə edirlər. Çünki qeyrəti olan heç bir oğlan gələcək həyat yoldaşı ilə bu hərəkəti etməz. Ya da cılızlaşma, şəxsiyyətsizləşmə o həddə çatıb ki, oğlan gələcəkdə ailə quracağı qızla o qızın və özünün şərəfini ayaqlar altına atan münasibət formatını seçib. Əslində, belələri gədədirlər, cins baxımından kişidirlər, şəxsiyyət və kimlik baxımından kişi adı onlara yaraşmır”.
İlahiyyatçının yazdığı statusla bağlı "Şərq”ə danışan sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, uzun illərdən bəri abır-həya, ismət kimi məsələlərə ciddi diqqət yetirilib. Lakin hazırkı dönəmdə xoşa gəlməyən mənzərənin şahidi oluruq. Sosioloq bildirib ki, hansı cəmiyyətdə mənəvi dəyərlər öndə olursa, o cəmiyyət get-gedə özünü tənzimləyir:
"Elvüsalın yazdığı hadisələr məni də daim narahat edib, hətta bu məsələ ilə bağlı ona mən məlumat vermişdim. Doğrudan da bu, anormal bir haldır. Akademiyadan çıxırıq və baxırsan ki, qarşıdakı skamyada iki gənc heç kimə fikir vermədən biri-birlərinə sarılırlar. Hətta bir neçə dəfə mən elə gənclərə hirslənmişəm və demişəm ki, akademiyanın arxasında və başqa yerlərdə də skamya var. Yer tapmaq olmur? Gərək hökmən akademiyanın qarşısındakı skamyada bu hərəkətləri edəsən? Abır-həya hissinə belə etinasızlıq düzgün deyil.
Şəxsi əlaqələr, məhəbbət - bütün bunlar intim münasibətlərdir, bu məsələlər nə qədər pərdəli olsa, o qədər gözəl olur. Nümayişkaranə olanda isə heyvaniləşir. Həmişə bir misal deyirəm, babalarımız əslinə qalsa fiziki cəhətdən bizdən də sağlam və ehtiraslı olublar. Yəni, onlar da bu məsələlərdə daha fəal bir davranış göstərə bilərdilər. Amma o vaxtdan cəmiyyətdə dərk olunmağa başlayıb ki, maddi, fiziki, erotik, mənəviyyata düz gəlməyən dəyərlər öndə olan cəmiyyətdə gərginlik yaranır. Ulu babalarımız həmişə təlqin edirdilər ki, cəmiyyətin normal və düzgün inkişaf etməsi üçün abır-həya, əxlaqi davranışlara böyük ehtiyac var.
Ona görə bu sahədə normalar və davranışlar yaranıb.
Bəzən görürük ki, gənclər metroda, ağsaqqal adamın başı üstündə biri-birini oxşayırlar və öpüşürlər. Bunlar birbaşa tərbiyəsizlikdir. Ona görə də düşünürəm ki, Elvüsalın yazdığı fikirlər tamamilə doğrudur. Onun fikirləri şəxsi qənaət deyil, min illərdir ki, bu məsələ formalaşıb və əlxaqi normaya çevrilib.
Kimsə elə hesab edir ki, gənclərin belə davranması müasirliklə əlaqəlidir. Belə düşünən insanlar çox böyük səhvə yol verirlər. Çünki o adamlar heç bilmir müasirlik nə deməkdir. Müasirlik kefinə nə gəldi eləmək deyil, müasirlik dünyanın inkişafından bəhrələnərək öz davranış və hərəkətlərinə diqqət yetirmək, mənəviyyatını daha da inkişaf etdirməkdir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə