Akif Aşırlı:"Azərbaycanda təxribat yaradan qüvvələr heç zaman xalqın dəstəyini qazana bilməyəcəklər"
15:44 13.07.2018
Arxiv
619
Gəncədə baş verən hadisələr Azərbaycan dövlətinə, onun müstəqilliyinə, Konstitusion hüquqlarının dəyişdirilməsinə yönələn təxribat xarakterli hərəkətlərdir.
1news.az xəbər verir ki, bunu "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Gəncə hadisələrinə münasibət bildirərkən deyib
"Bu hərəkətlərin qarşısı Azərbaycan dövləti, eyni zamanda Azərbaycanın müstəqilliyini canı qədər sevən vətəndaşları tərəfindən alındı, əhali bu aksiyalara dəstək vermədi. Bunun da mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyinə, onun dünyəvi quruluşuna yönələn hər bir cəhd bütün vətəndaşlarımız tərəfindən qətiyyətlə pislənilir”.
Təxribatçı qrupların kənardan idarə olunduğunu deyən baş redaktor onların əsas məqsədlərinin ölkədə xaos yaratmaq olduğunu söyləyib:
"Təbii ki, müəyyən qruplar var ki, kənardan müəyyən ideoloji mərkəzlər tərəfindən idarə olunur. Çox təəssüf ki, onların Azərbaycanda havadarları, bir sıra mərkəzləri də var. Bu mərkəzlər zaman-zaman sosial şəbəkələr üzərindən Azərbaycan dövləti və hakimiyyəti əleyhinə təbliğatlar aparırlar. Onların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanda vətəndaş itaətsizliyi, bunun nəticəsində də bir xaos yaratsınlar və beləliklə də Azərbaycanı Suriyaya çevirsinlər”.
A.Aşırlının sözlərinə görə, bu qüvvələr Azərbaycanda müxtəlif çağırışlar etsələr də, qanqaraldıcı hadisələr baş versə də heç zaman Azərbaycan xalqının dəstəyini qazana bilməyəcəklər:
"Çünki Azərbaycan xalqı kifayət qədər siyasi savada malik bir xalq olmaqla siyasi prosesləri çox düzgün analiz edirək düzgün nəticələr çıxarır. Eyni zamanda müşahidə etdik ki, cəmiyyətin bir kəsimi olan, sağlam müxalifət hesab etdiyimiz qüvvələr də bu cür təxribat xarakterli hadisələrə, mənbəyi bəlli olmayan, ölkəmizdə iğtişaş yaratmaq istəyənlərə dəstək vermədi. Bu onu göstərir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasət doğru siyasətdir və bu siyasətin alternativi yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat