Allahşükür Paşazadə din xadimini işdən çıxardı




Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Ramazanla bağlı fətvanı pozan din xadimini cəzalandırıb.

Milli.Az xəbər verir ki, QMİ-dən APA-ya verilən məlumata görə, Qazılar Şurasının 24.05.2017-ci il tarixli Fətvasının tələblərini kobud şəkildə pozduğu üçün Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Məmmədov Nurməhəmməd Rəsul oğlu İdarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.