"Almaniyadakı erməni mafiyası ifşa olunmalı və vaxtında qarşısı alınmalıdır”

"Almaniyada hər zaman ermənilərə yanaşma digər Avropa ölkələrindən fərqli olub. Çünki Almaniya ictimaiyyəti erməniləri daha yaxından tanıyır”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, təcrübəli alman xalqı "ermənilərin hansı yuvanın quşu” olduğunu çoxdan bilirlər: 
"Almaniyada fəaliyyət göstərən erməni mafiyasının mərc oyunları vasitəsi ilə külli miqdarda qanunsuz sərvət əldə etdiyi, narko-ticarətdən böyük vəsait topladığı artıq rəsmi Berlinə də məlumdur. Ən əsas məqam isə odur ki, çirkli yollarla qazanılmış həmin pullar Ermənistan dövlətinə "yardım” adı ilə göndərilib. Bu, çox ciddi məsələdir, ona görə də ifşa olunmalı və vaxtında qarşısı alınmalıdır”.
Qeyd edək ki, Almaniya mediasında "Erməni mərc mafiyası Almaniyada da fəaliyyətdədir” başlıqlı məqalı dərc olunub. Məqalədə Almaniyadakı erməni mafiya şəbəkəsinin idman mərclərinin manipulyasiyası yolu ilə gəlir əldə etməsi barədə məlumatlar verilib. Ümumiyyətlə, erməni mafiyası mütəşəkkil cinayətkarlığın ən qorxunc və ən təhlükəli qruplaşmalarından hesab olunur və bu şəbəkə bütün Avropada, o cümlədən Almaniyada fəaliyyət göstərir. Bu cinayətkar şəbəkə o cümlədən futbol, həndbol, basketbol, voleybol, tennis və digər idman oyunları üçün keçirilən mərclərdə qanunsuz manipulyasiyalar etməklə gəlir əldə edir.
İsmayıl