Ana oğlunu zəncirdə saxlayır
20:38 20.09.2017
Arxiv
658
Hüquqşünas deyib ki, həmin qadın məsuliyyətə cəlb olunmalıdır
Bu günlərdə telejurnalist Xoşqədəm Baxşəliyevanın aparıcısı olduğu "Səni axtarıram” verilişində dəhşətli faktın üstü açılıb. İbadət adlı şəxs iyirmi ildir ki, anası tərəfindən toyuq hinində zəncirlənərək saxlanılırmış.
Maraqlıdır ki, faktın üstü açıldıqdan sonra qadın oğlunu bu vəziyyətdə saxlamasına haqq qazandırmağa çalışıb:
"Ayaqlarını zəncirləsəm də, gəzir. Sən get orada gözlə, gətirim. Adam görəndə qorxur”.
Qeyd edək ki, hadisəni əks etdirən videogörüntülər ciddi müzakirələrə səbəb olub. Ananın 20 ildir ki, övladını işgəncələr altında saxlaması insanlar tərəfindən birmənalı qarşılanmayıb. Hətta bir qisim şəxslər ananın bu hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilməsini söyləyib.
Bəs, övladına işgəncə verdiyi üçün valideyni hansı cəza gözləyir? Məsələni hüquqi müstəvidən şərh edən hüquqşünas Əliməmməd Nuriyevin "Şərq”ə açıqlamasına görə, ananın övladını neçə illərdir işgəncələr altında saxlaması hər bir halda qəbuledilməzdir. Məsələ ciddi şəkildə araşdırılmalı, daha sonra isə ananın cinayət məsuliyyətinə cəlb olunması gözləniləndir:
"İşgəncədən müdafiə hüququ mütləq hüquq hesab olunur. Ananın övladını belə bir formada tövlədə saxlaması sadəcə olaraq uşağa olan işgəncədir. Bu, insanlıqdan kənar olan bir məsələdir. Başa düşürəm ki, şəxsin müəyyən xəstəlikləri ətraf mühit üçün təhlükəli ola bilər, amma bunun qarşısının alınmasında ananın tibb müəssisələrinə müraciət etməsi lazım idi. Ana həm Səhiyyə Müəssisəsinə, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verə bilərdi. Belə şəxslər üçün xüsusi müəssisələr var, əgər bu xəstəlik psixoloji bir xəstəlikdirsə, müalicəsi üçün xüsusi yerlər müəyyən olunur. Həmçinin bu vəziyyətlə bağlı müvafiq icra hakimiyyətləri məlumatlandırılmalı idi. Bütün bu qurumlar təbii ki, xəstə şəxsin müalicəsi üçün müvafiq tədbirlər görəcəkdilər və görməyə borclu idilər”.
Hüquqşünas bildirib ki, bəzi ailələr sağlamlıq imkanları məhdud olan övladını cəmiyyətdən təcrid edir. Cəmiyyətdən təcrid isə uşağın sosiallaşmasının qarşısını alır, onu aqressivləşdirir, cəmiyyətə nifrətini daha da artırır:
"Ana uşağın xəstəliyinin daha da şiddətlənməsinə imkan yaradıb. Təsəvvür edin ki, heç heyvana belə münasibət ola bilməz. Ana öz övladına işgəncə verdiyi üçün məsuliyyətə cəlb edilməlidir. Azərbaycan qanunvericiliyinin tələblərində işgəncə qadağan edilib.
Bəzi Avropa ölkələrində ana övladı ilə sərt davranırsa və ona zor tətbiq edirsə, bu zaman valideynlikdən məhrum edilir, həmçinin valideyn məhkəməyə verilir. Düzdür, bizdə bu məsələlər bir az fərqli qaydadadır. Ölkəmizdə valideyn uşağı döyə bilir, amma bunlara bir o qədər də diqqət yetirilmir. Müəyyən bir ənənələr var, yavaş-yavaş bu xoşagəlməz ənənələr də sıradan çıxıb azalmağa doğru gedir. Amma bütövlükdə ananın bu hərəkəti araşdırma obyekti olmalıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol