Ankarada Azərbaycan Evinin və Şuşa Konqres Mərkəzinin açılışı olub - FOTO
11:12 28.06.2021
Arxiv
379
Bu gün Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Evinin və Şuşa Konqres Mərkəzinin açılış mərasimi keçirilib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib ki, rəhbərlik etdiyi qurum Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırır.
Azərbaycan-Türkiyə münasibətlərindən danışan Dövlət Komitəsinin sədri deyib ki, bu gün iki dövlətin dostluğu ölkəmizin hüdudlarından kənara çıxır və dünyanın diqqət mərkəzindədir: “Cənab Prezidentimiz dəfələrlə dünyaya səslənirdi ki, Azərbaycanla Türkiyənin dostluğundan narahat olmayın, bu dostluğu dəstəkləyin, çünki bu qardaşlıq bir çox ölkələrin, böyük Avrasiyanın sabitliyi deməkdir. Biz də Diasporla iş üzrə Dövlət Komitəsi olaraq çalışırıq ki, əməkdaşlığımızı başqa ölkələrə də sirayət etdirməklə uzun illər həyata keçirilən bu xoşməramlı siyasətə dəstək olaq”.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, türkiyəli millət vəkili Şamil Ayrım və Türkiyədən xaricdə yaşayan türklər və qohum topluluqlar təşkilatının sədri Abdullah Eren çıxışlarında Azərbaycanla Türkiyənin daha sıx təşkilatlanmasından bəhs ediblər.
Ankarada Azərbaycan Evinin nəzdindəki Şuşa Konqres Mərkəzinin də açılışı olub.
Tədbirdə həmçinin Azərbaycan-Türkiyə əlaqələrində xidməti olan qonaqlar Azərbaycan Evi adından mükafatlandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil