Ankarada baş vermiş partlayışda 27 nəfər ölüb, 75 nəfər yaralanıb

Ankarada baş vermiş güclü partlayışla bağlı mediaya yayın qadağası qoyulub
Ankara Valiliyinin yaydığı ikinci açıqlamada bildilirib ki, bu gün Ankarada baş vermiş partlayış nəticəsində hadisə yerində 23 nəfər ölüb. APA-nın məlumatına görə, daha 4 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə nəticəsində 75 nəfər yaralanıb.
Ankaranın mərkəzi Kızılay meydanında baş vermiş partlayışın səbəbi hələlik məlum deyil.
APA-nın Türkiyənin "Show TV" kanalına istinadən verdiyi xəbərə görə, təsdiqlənməmiş məlumatlarda partlayışın bomba yüklü maşın tərəfindən törədildiyi bildirilib.
Digər mənbələrdə isə partlayışın canlı bomba tərəfindən törədildiyi iddia olunub.
Partlayış Kızılay meydanın ətrafında təxminən 10-a qədər avtobus dayanacağının olduğu ərazidə baş verib. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşınının cəlb olunması çoxlu sayda yaralı olduğunu söyməyə əsas verir.
Partlayış   yerində 5 nəfərin öldüyü  ifadə olunur. Ölü sayının artmasından narahatlıq var.
Hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Türkiyə Radio və Televizya Üst Qurumu hadisə ilə bağlı mediaya yayın qadağası tətbiq edib.