Ankarada güclü partlayış baş verib, çoxlu sayda yaralı var

 Türkiyənin paytaxtı Ankarada növbəti partlayış baş verib.
APA-nın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, partlayış Ankaranın mərkəzi Kızılay meydanındakı avtobus dayanacağında baş verib.
İlkin məlumata görə, hadisə yerində çoxlu sayda yaralı var.
Partlamanın nəticəsində 6-7 maşının və sərnişin avtobusu tamamilə yanıb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və onlarla təcili tibbi yardım maşınları cəlb edilib.
Qeyd edək ki, bu il fevralın 17-də Ankarada terror aktı baş verib. Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına olan bombalı hücum nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.