"2016-cı il aprelin 2-5 arası Ermənistan silahlı qüvvələrinin təxribatına Azərbaycan Ordusu tutarlı cavab verdi”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi, DİA-nın dosenti Elşad Mirbəşiroğlu deyib.
Siyasi ekspert bildirib ki, aprel döyüşləri erməni tərəfinin təxribatı nəticəsində baş verib:
"Bu qələbə həm Ermənistana, həm də dünyaya Azərbaycan Ordusunun gücünü göstərdi. Nəzərə almaq lazımdır ki, aprel döyüşlərindən sonar münaqişənin tənzimlənməsi məsələsi beynəlxalq səviyyədə diqqət artdı. Hətta münaqişə ilə maraqlanmayan dövlətlər belə regionda sülhün və təhlükəsizliyin qorunmasının vacibliyini qeyd etdilər. Azərbaycanla münasibət qurmağa çalışdılar. Almaniyanı bu cür dövlətlərə missal göstərmək olar. Bu, hər şeydən öncə ona dəlalət edir ki, Azərbaycan tərəfi aprel döyüşlərində öz gücünü göstərdi.
Aprel qələbəsi Azərbaycana yeni diplomatik həmlələr üçün imkan yaratdı. Bildiyiniz kimi hansı ölkənin diplomatiyasının arxasında real hərbi güc dayanırsa, həmin dövlət öz milli maraqlarını, haqqını daha etibarlı şəkildə qoruya bilir. Aprel döyüşlərindən sonra bunu açıq şəkildə müşahidə etdik. Aprel döyüşlərindən sonra Azərbaycan diplomatik taktikalar həyata keçirməyə başladı. Hamı gördü ki, Azərbaycanın xarici siyasətinin arxasında hərbi güc dayanır. Azərbaycan özünün haqlı mövqelərini müdafiə etmək imkanlarını ciddi və geniş şəkildə tətbiq etməyə başladı”.
Politoloqun sözlərinə görə, aprel döyüşlərində Ermənistan Azərbaycanın gücünə bir daha bələd oldu:
"Döyüşlərdən sonra Ermənistan daxilində ciddi təlatümlər yaşandı. Sarkisyanın mövqeləri əhəmiyyətli dərəcədə zəiflədi. Məhz bu zəifləmənin nəticəsi idi ki, Ermənistan cəmiyyəti sürətlə hökumətdən üz döndərməyə başladı. Nəticədə Sarkisyan hakimiyyətdən getmək məcburiyyətində qaldı. Eyni zamanda Ermənistan ordusunda daxili qarşıdurmalar, çaxnaşmalar baş verdi.
Bütün bunlar ona dəlalət edir ki, beynəlxalq dairələr və Ermənistan münaqişənin həlli ilə bağlı ciddi düşünməlidirlər. Çünki ikinci aprel döyüşünün baş verməsi Ermənistanın dövlət olaraq yox olmasına gətirib çıxaracaq. Onu da nəzərə alaq ki, beynəlxalq aləmdə Azərbaycanın haqlılığını müdafiə etmək tendensiyası getməkdədir. Bu mənada ATƏT-in Minsk Qrupunun sonuncu bəyanatlarını və Paşinyanın Avropa İttifaqından aldığı cavabları xatırlatmaq yerinə düşər”.
Analitik bildirib ki, aprel qələbəsindən sonra Azərbaycan Ordusunun daha da güclənməsi istiqamətində ciddi addımlar atılıb. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, silah texnikası və təchizat imkanları, infrastruktur elementləri daha da gücləndirilib. Bu faktlar beynəlxalq aləm tərəfindən real qiymətləndirilməlidir”.
İsmayıl