Apteklərdə qayda-qanun yaratmağın yalnız bir yolu var
17:27 17.11.2017
Arxiv
947
“Həkim resepti olmadan xəstəyə dərman satışı qadağan olunmalıdır”
Səhiyyə nazirinin müavini Elsevər Ağayev psixotrop dərman preparatlarının dövriyyəsinə nəzarət olunduğunu deyib.
Onun sözlərinə görə, bu yaxınlarda Səhiyyə Nazirliyi tərəfindən 50 milliqramlıq "travmadol” dərman preparatının siyahıya daxil edilməsi aşkarlanıb.
Nazir müavini qeyd edib ki, apteklər bəzi dərmanların satışını həyata keçirərkən diqqətli olmalıdırlar.
Maraqlıdır, apteklərə nəzarət edilməsi bu sahədə olan neqativ halların aradan qalxmasına şərait yaradacaq?
Apteklərdə dərman satışları ilə bağlı konkret qaydalara ehtiyac olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, həkim resepti olmadan dərman preparatlarının satışı qadağan olunmalıdır.
Professor bildirib ki, yalnız qeyri-steroit analgetiklər, məsələn, "parastamol” kimi dərmanların açıq şəkildə satışı həyata keçirilə bilər:
"Qalan dərmanlar isə həkim resepti əsasında satılmalıdır. Bizdə isə istənilən dərmanı gedib aptekdən almaq olur. Belə olan halda da aptek işçiləri dərmanı daha çox satmaqda maraqlıdırlar. Narkomanlar üçün metodom proqramı var. Metodom özü də bir narkotikdir, amma ona alışma yaranmır. Narkoman gedib onu aptekdən alır və heç bir problem olmadan istifadə edir. Bizdə isə bunlar kriminal yolla əldə olunur və bu da cinayət tərkibi yaradır. Apteklərdə qayda-qanun yaratmaq üçün yol ondan ibarətdir ki, həkim resepti olmadan xəstəyə dərman satışı qadağan olunmalıdır. Söhbət təkcə psixotrop dərmanlardan getmir.
Xəstə kiminsə göstərişi ilə gedib özünün qan təzyiqini aşağı endirən və şəkər əleyhinə olan dərman alır. Bütün bunlar qeyri-qanuni məsələlərdir. İnsanlara bu sahədə vərdiş elətdirmək lazımdır. Xüsusilə nəzərə alsaq ki, ölkəmizdə icbari tibbi sığorta gözlənilir və bu sığorta olandan sonra ümumiyyətlə dərmanların buraxılışı məsələsi tamamilə ciddi şəkil almalıdır. Dərman bazarındakı bu xoşagəlməz vəziyyəti qaydaya salmaq lazımdır. Resept olmadan qadağan edilən dərmanların ələ keçməsi və onlardan sui-istifadə halları dərmanların dövriyyəsinə ciddi nəzarətin olmadığından qaynaqlanır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə