Arda Turan milli komandadan getdiyini açıqladı: "Peşman deyiləm"




"Baş verən hadisələr çox üzücüdü. Milli komandanın formasında belə bir şey olmamalıydı”.
Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə yığmasının kapitanı Arda Turan deyib.

Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeni vurmağa cəhd edən və onun ünvanına təhqirlər yağdıran 30 yaşlı yarımmüdafiəçi bu gün milli komandadan uzaqlaşdırılıb.

Ulduz futbolçu bununla bağlı təşkil etdiyi mətbuat konfransında yığma karyerasını bitirdiyini açıqlayıb: "Bu hərəkətimə görə peşman deyiləm. Özümü quş kimi hiss edirəm. Yığmanın forması əynimdə olarkən səhv etdim və məşqçilər korpusu ilə görüşüb, Kosovo ilə matçda oynamamaq qərarına gəldim. Bu gün 2002-ci ildən bəri Türkiyə futboluna hərtərəfli xidmət etmiş, pulu düşünmədən ölkəsini sevən bir insan kimi qarşınıza çıxıram. İndiyə qədər birgə çalışdığım hər kəsə təşəkkür edirəm. Hər hərəkətin bir qarşılığı olmalıdı. Mən də bu hərəkətimin əvəzində milli karyeramı başa vururam”.
**
16:27
Türkiyə millisinin baş məşqçisi Fatih Terim dünən axşam tayyəradə "Milliyət” qəzetinin yazarı Bilal Meşəyə hücum edən ulduz futbolçu Arda Turanı komandanın heyətindən kənarlaşdırıb.
Lent.az xəbər verir ki, bu barədə "amkspor” saytı məlumat yayıb. Bildirilir ki, Makedoniyadan İtaliyaya gedən təyyarədə yaşanan hadisə ilə bağlı Fatih Terim sərt qərar qəbul etməli olub.
**
10:46
Dünən Makedoniya yığması ilə oyundan sonra İtaliyaya gedən Türkiyə millisinin təyayrəsində dava-dalaş olub. Lent.az xəbər verir ki, yığmanın kapitanı Arda Turan jurnalist Bilal Meşəyə hücum edib.
2016-cı ildə keçirilən Avropa çempionatı ərəfəsində Arda Turan və komanda yoldaşları haqqında pul mükafatı tələb etmələri və buna görə könülsüz oynamalarını yazmış jurnalistə hücum edən futbolçu onu boğmağa çalışıb. Bilal Meşəyə futbol federasiyasının prezidenti Yıldırım Dəmirörənə işlədiyini deyən və onun ünvanına ağır söyüşlər işlədən Arda jurnalistin boğazından tutub: "Söylə görüm, orda idinmi, haqqımızda elə xəbər yazdın? Biz kimdən pul dilənmişik? Bunları sənə kim yazdırdı? Bizim ölkə belədir, indi də səni təyyarəyə götürüblər. Deyirəm, eşitsinlər, sənin kimisini bu təyyarəyə götürənin ... (ağır söyüşlər). Məni də başqaları kimi zənn etdin, fahişənin oğlu. Mən futboldan gedərəm, amma ailəmə söz gətirmərəm”.
Futbolçu pəncərə kənarında əyləşən jurnalistə yaxınlaşıb və onu ağır sözlərlə təhqir edib: "Sənin ananı, arvadını, qızlarını, uşaqlarını s...".
Bu zaman digər jurnalistlər, həmçinin, futbolçulardan Burak Yılmazla Caner Erkin Ardanı tutaraq sakitləşdirməyə çalışıb.
Bildirilir ki, dava-dalaş zamanı bir qədər ön tərəfdə əyləşən baş məşqçi Fatih Terim baş verənləri görsə də, reaksiya verməyib və tamaşaçı mövqeyi tutub.