Arif Paşayev: Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub
14:01 16.10.2018
Arxiv
553
Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub.
Trend-in məlumatına görə, bunu "CanSat Azerbaijan” müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir zamanı Milli Aviasiya Akademiyasının rektoru, Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev deyib.
Qonaqları salamlayan A.Paşayev müsabiqə barədə danışaraq qeyd edib ki, bu müsabiqənin keçirilməsi fikri Təhsil Nazirliyi və "Azərkosmos” ASC-yə aiddir:
"CanSat Azerbaijan” müsabiqəsində ölkənin 11 universitetindən 200-ə yaxın tələbə iştirak edib. Onlardan 66 nəfəri müsabiqənin finalçısı olub. Bu müsabiqədə uduzan yoxdur, çünki iştirakçılar həm mühəndis, həm də proqramçı kimi böyük təcrübə qazanıblar. Mən bütün finalçılara yeni qələbələr arzu edirəm”.
A.Paşayevin sözlərinə görə, müsabiqənin keçirilməsində münsiflər heyətinin böyük əməyi var. Bu heyətə ABŞ-ın Merilend Universitetinin professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, akademik Roald Saqdeyev rəhbərlik edib.
Tədbir zamanı R.Saqdeyev "CanSat Azerbaijan” müsabiqəsinin Azərbaycanın orta tədris müəssisələri arasında da keçirilməsini təklif edib:
"Bir neçə il əvvəl Azərbaycan Milli Aviasiya Akademiyasından olan komandalar "CanSat” müsabiqəsi ilə tanış oldular. Bu müsabiqədə, həmçinin ADA Universitetinin tələbələri iştirak etdilər və qeyd etmək lazımdır ki, Bakıdan olan komandalar layiqincə çıxış etdilər. Bundan sonra "Azərkosmos” ASC-nin təşəbbüsü ilə bu fikir Azərbaycanda reallaşdırıldı”.
O xatırladıb ki, 61 il əvvəl ilk peyk buraxılıb və elə o zaman mühəndislər fikirləşib ki, bu prosesi müşahidə etmək üçün geniş kütlə cəlb olunması arzuolunandır:
"Bütün dünyada radio həvəskarları bu peykdən siqnallar almağa başladı. Bu ənənə davam edir. Sonra kosmik proqramın inkişafı ilə çoxlu həvəskarlar meydana çıxdı. NASA mütəxəssisləri ABŞ tələbələri üçün xüsusi müsabiqələr keçirmək qərarına gəldi, bir müddət sonra isə digər ölkələrdən tələbələr dəvət edildi. Müsabiqə "CanSat” adını aldı”.
R.Saqdeyev əlavə edib ki, müsabiqə böyük populyarlıq qazandı və bir müddət sonra Rusiyada təşkil olundu:
"Azərbaycanda "CanSat” müsabiqəsində komandalar mikropeyk dizaynı fikirləşməli və onu maket şəklində hazırlayıb münsiflərə nümayiş etdirməli idi. Birinci mərhələnin yekununda 10 komanda dəvət olundu. Mikropeyklərin buraxılışı sentyabrda keçirildi. Havanın küləkli olmasına baxmayaraq, yarış uğurla keçdi. Bu müsabiqədə uduzan yoxdur. Əminəm ki, bu yaradıcı müsabiqə ənənəyə çevriləcək və iştirakçıların sayı çoxalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi