
"Artıq AzTV-də təqaüddə olan diktorlara vəsiqə tərtib olunacaq" - Eldost Bayram
16:38 02.05.2019
Arxiv
1480
Təcrübəli, peşəkar diktorlar yenidən Azərbaycan Dövlət Televiziyasına dəvət edilib. Uzun illər Az.TV-də çalışmış diktor və aparıcı Nailə İslamzadə bu barədə feysbuk səhifəsində xəbər paylaşıb. Nailə xanım yazıb ki, «bu gün AzTV-nin sədr müavini və sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov bizi – radio və televiziya diktorlarını görüşə dəvət etdi. İllərlə nəinki efirə, AzTV-nin həyətinə girməyə belə həsrət qalan diktorlarla birlikdə işləmək və təcrübələrindən faydalanmaq istədəyini bildirdi. Onun bizə verdiyi dəyər, əslində onun özünü ucaltdı».
Ecazkar səsi ilə ürəklərə yol tapmış, xalq artisti, diktor Eldost Bayram «Sherg.az”a açıqlamasında görüşdən məmnun qaldığını dedi:

- Mən də görüşdə iştirak edirdim. Onu deyim ki, 2009-cu ildən təqaüdə çıxmağıma baxmayaraq, bu gün də diktor kimi fəaliyyətimi davam etdirirəm. Bizim peşəkar, xalqımızın uzun illər ekrandan görüb sevdiyi, pərəstiş etdiyi diktorlarımız – Roza Tağıyeva, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Nailə İslamzadə, eləcə də uzun illər bircə çalışdığım Əli Məhəmmədoğlu, Sevil Hüseynli, İrada Ələkbərova, Sevda Saleh görüşdə iştirak edirdilər. Az TV-nin sədr müavini və hazırda sədrin səlahiyyətlərini icra edən Rövşən müəllim yenilikçidir. Və çıxışında da bildirdi ki, bu görüşdən məqsəd AzTV-nin fəaliyyətini ənənələr üzərində müasir tələblər səviyyəsinə yüksəltməkdir. Yəni, Azərbaycan Dövlət Televiziyası ənənələrə sadiqdir, lakin müasirlik də nəzərə alınmaqla fəaliyyət davam etdiriləcək. Bunun üçün də yaşlı nəsil gənclərlə birgə çalışmalıdır, peşəkar diktorların dövlət televiziyası ilə əməkdaşlığı cəlb oulnmasında məqsəd həm də nəsillərin birgə fəaliyyətini təmin etməkdir.
Müasirlik deyiləndə nə nəzərdə tutulur?
E.Bayram bildirdi ki, saatlarla mənt oxunması daha olmayacaq. Aktuallıq dinamika üzərində qurulacaq. Bunu müasir dövrün qaydaları tələb edir.
«Rövşən müəllim artıq təqaüddə olan diktorlara bildirdi ki, qısa zamanda fotoşəkillərini təqdim etsinlər, onların hər birinin adına buraxılış vəsiqəsi tərtib olunacaq, nə qədər ki, həyatdadırlar, istədikləri zaman televiziyaya gəlsinlər. Onların televiziyaya gəlişinə heç bir məhdudiyyət qoyulmayacaq. Bilirsiz ki, əvvəlcə bu mümkün deyildi. Yaşlı, təqaüdə çıxmıfş diktorlarımız televiziyaya buraxılmırdı. Lakin artıq onların televiziyaya gəlişi sərbəstdir. Sədr əvəzi dedi ki, bizim sizə ehtiyacımız var».
E.Bayram qeyd etdi ki, Az TV-də fəaliyyət göstərən Televiziya Akademiyasında hazırda dərs deyir. Digər təcrübəli diktorlar da tədris prosesinə qoşulub, bacarıqlarını gənclərə öyrətsinlər:
- Akademiyada gələcəyin diktorları hazırlanır. Aralarında daha fəal olanlar, diktorluq peşəsini daha yaxşı mənimsəyənlər dövlət tedleviziyasında işə qəbul ediləcək. Peşəkar diktorların hamısına Akademiyada dərs demək təklif olundu. Rövşən müəllim bildirdi ki, gəlin, birgə işləyək, təkliflərinizi verin, təcrübənizlə kömək edin, reytinqimizi qaldıraq. Onsuz da bütün özəl televiziyalar Azərbaycan Dövlət Televiziyasının «köynəyindən çıxıb».
AzTV-də peşəkarlıq da var, təcrübə də. Sadəcə, dövrün tələbinə uyğun dinamiklik artırılmalıdır. Məsələn, mənimlə Roza xanımın aparıcılıq etdiyimiz «Musiqi poçtu» proqramı yenidən hər şənbə günü efirə gedəcək. Bunu tamaşaçılar arzu edir, biz də təkliflərimizi verdik. İndi artıq məktublaşma dövrü deyil, internet, sosial şəbəkə zamanıdır. Biz də proqramımızı müasir tələblər səviyyəsində quracağıq. Artıq dövlət televiziyasının, necə deyərlər, qapısı da, pəncərəsi də açıqdır».
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol