“Bütün bunlar onu göstərir ki, ABŞ-la Avropa Birliyinin hədəfləri, maraqları və yolları kəskin şəkildə ayrılmağa başlayıb”
Artıq maraqlar toqquşur
07:02 09.11.2017
Arxiv
763
“Avropa müdafiə paktı”nın yaradılması NATO-ya birbaşa alternativdir
“Bütün bunlar onu göstərir ki, ABŞ-la Avropa Birliyinin hədəfləri, maraqları və yolları kəskin şəkildə ayrılmağa başlayıb”
“Bütün bunlar onu göstərir ki, ABŞ-la Avropa Birliyinin hədəfləri, maraqları və yolları kəskin şəkildə ayrılmağa başlayıb”
Avropa İttifaqı ölkələrinin yarıdan çoxu yaxın günlərdə "Avropa müdafiə paktı”nı imza atacaqlar. Bu barədə "Faynenşl Tayms” agentliyi informasiya yayıb. Layihəni dəstəkləyən ölkələrin planlarının rəsmi olaraq bu ilin dekabrında keçiriləcək Avropa Birliyi zirvəsində elan ediləcəyi gözlənilir.
Təklifin qəbul edilməsi üçün birliyə üzv dövlətlərin ən azı üçdə ikisi tərəfindən dəstəklənməsi vacibdir. Artıq İtaliya və İspaniya kimi ölkələr öz dəstəklərini açıqlayıblar. Bəzi ekspertlər yeni strukturu NATO-ya alternativ kimi dəyərləndiriblər. Lakin layihə müəllifləri bəyan ediblər ki, "müdafiə paktı” silahlı qüvvələrin daha səmərəli səfərbər olması üçün Fransa və Almaniyanın təşəbbüsü ilə yaradılsa da, NATO çərçivəsində öhdəliklərin rədd edilməsi nəzərdə tutulmayıb. Yəni layihə hərbi alyansa alternativ olmayacaq, daha çox tamamlayıcı rol oynayacaq.
Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən siyasi şərhçi Elçin Xalidbəyli deyib ki, Avropa İttifaqı ölkələrinin "Müdafiə Paktı” adlı sənəd imzalamağa hazırlaşmaları beynəlxalq siyasət məkanının əsas proseslərindən biridir. Ekspertin sözlərinə görə, məsələnin gündəmə gəlməsi Avropa məkanında maraqlar toqquşmasının bariz təzahürüdür:
"Düzdür, bu sənədin NATO-ya alternativ qurum olmayacağı vurğulanır. Ancaq bu açıqlama sadəcə, siyasi xarakterli bəyanatdır və əsl reallığın üzərinin qapadılması məqsədi güdür. Məsələ ondadır ki, bəzi Avropa İttifaqı ölkələri NATO-nun üzvü olmalarından qətiyyən məmnun deyillər. Birincisi, hesab edirlər ki, hərbi alyansın saxlanması üçün ödədikləri külli miqdarda üzvlük haqqı boşuna sərf edilən xərclərdir. Digər tərəfdən isə, bu ölkələr artıq əmindirlər ki, NATO Avropa dövlətlərinin maraqlarını təmin etmək üçün yaradılmayıb və bu istiqamətdə fəaliyyət göstərmir. Üstəlik, təşkilat üzvlüyü Avropa Birliyi ölkələri üçün siyasi asılılıq məcburiyyəti yaradır.
Çünki NATO ABŞ-ın maraqlarına xidmət edən və Ağ Evin patronajlığı altında fəaliyyət göstərən hərbi-siyasi alyansdır. Xüsusilə də Donald Trampın prezident seçilməsindən sonra Avropa Birliyi ölkələrinin narahatlığı və narazılığı artıb. Trampın seçkiqabağı təbliğat kampaniyasının əsas tezislərindən olan "Dünya yeni qaydalar üzrə idarə edilməlidir” məzmunlu hədəfin açıqlanmasından sonra bu ölkələr həm ABŞ-dan, həm də NATO-dan ciddi şəkildə ehtiyat edirlər. Bu üzdən də Avropanın gələcək təhlükəsizliyinin təmin olunması istiqamətində indidən preventiv addımlar atmağa çalışırlar. Bu baxımdan, yeni qurumun yaradılması cəhdlərinin NATO üçün tamamlayıcı rola malik addım olduğunun iddia edilməsi qıcıq yaratmamaq üçün istifadə olunan siyasi söz oyunbazlığından başqa bir şey deyil”.
Politoloq bəyan edib ki, NATO tamamlayıcı rola malik addımlara ehtiyacı olmayan nəhəng hərbi-siyasi alyansdır:
"Bu qurum bütün dünyaya öz hərbi-siyasi iradəsini çoxdan qəbul etdirib. Digər tərəfdən isə hər hansı bir qurumun mükəmməlləşdirilməsinin yolu yeni qurumun yaradılması deyil. Əgər buna ehtiyac olsaydı, belə bir tamamlayıcı rola malik layihəni elə NATO daxilində reallaşdırmaq lazım gələrdi. İdeya müəllifləri bunu təşkilatdan kənarda edirlərsə, deməli, NATO-ya alternativ qurum yaratmağa cəhd göstərirlər. Bununla da Avropa dövlətlərinin hərbi-siyasi potensialını fərqli beynəlxalq platformada təmərküzləşdirməyi hədəfləyirlər. Bütün bunlar onu göstərir ki, ABŞ-la Avropa Birliyinin hədəfləri, maraqları və yolları kəskin şəkildə ayrılmağa başlayıb”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət