Arxasında dövlət dəstəyi olub: Beşiktaşda terroru reallaşdıranların şəxsiyyəti müəyyənləşib





Beşiktaşda 37-si polis, 44 nəfərin şəhid olduğu, 155 nəfərin də yaralandığı bombalı hücumla əlaqədar istintaq davam edir. 2 bombaçının şəxsiyyəti təyin olunub. Polis onların adlarını açıqlamayıb, istintaq daxilində nəzarətə alınan 13 nəfərin də  sorğusu davam edir.

Milliyet xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlunun ziyarətindən sonra  açıqlama verən İstanbul Təhlükəsizlik Müdiri Mustafa Çalışqan, Beşiktaşdakı xain hücumla bağlı əhəmiyyətli məlumatlar verib.
O, bombalı hücumu təşkil edən iki terrorçunun şəxsiyyətlərinin müəyyən olunduğunu, istintaq sirri olduğuna görə, məhdud məlumat verildiyini ifadə edib.

Partlayıcının 400 kiloqramlıq RDX, PETN və TNT-dən hazırlandığını söyləyən Mustafa Çalışqan, "Bunlar fabrika tipi partlayıcılardır. Yəni, bir dövlət qeydiyyatında olması lazımdır. Rahat tapıla biləcək partlayıcılar deyil. Bu da arxasında dövlət dəstəyi olduğunu göstərir. Hücumu bölücü terror təşkilatı PKK-nın törətdiyi qətidir" deyib.