Astanada baş verən yanğın beş uşağın həyatına son qoyub






Qazaxıstanın Astana şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində beş uşaq həyatını itirib.

AZƏRTAC xəbər verir ki, yanğınsöndürənlər hadisə yerindən beş azyaşlının cəsədini tapıblar. Yanğın baş verən zaman uşaqların valideynləri işdə olublar. Yanğının sahəsi təxminən 25 kvadratmetr təşkil edib.

Hadisə yerinə Astananın Fövqəladə Hallar İdarəsinin bölmələri və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb ediliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.