Atambayevin həyat yoldaşına qarşı cinayət işi açılacaq


Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həyat yoldaşı Raisa Atambayevaya qarşı cinayət işi açılacaq.

APA-nın "TASS"-a istinadən verdiyi xəbərə görə, bu barədə Raisa Atambayeva Bişkekdə jurnalistlərlə görüşündə bildirib.

R.Atambayeva ona qarşı Cinayət Məcəlləsinin hansı maddəsi ilə iş açılacağını bilmədiyini deyib.