"Atəşkəs vərəq üzərində olan boş anlaşmadır” - Son sözü əsgərlərimiz deyəcək
09:00 27.11.2017
Arxiv
610
"Qarabağ müharibəsi bu gün də davam edir. Atəşkəs sadəcə vərəq üzərində olan boş anlaşmadır”.
Bunu "Sherg.az”a atəşkəs dövründə Azərbaycanda ermənilər tərəfindən 14 uşağın qətlə yetirilməsindən danışarkən millət vəkili Elman Məmmədov söyləyib.
Onun sözlərinə görə, ermənilər belə çirkin əməllərindən əl çəkməyiblər:
"Onlar ilk gündən bəri müharibənin bütün qanunlarını pozaraq dinc əhaliyə qarşı vuruşublar. Xocalıda hərbçilər yox idi. Onların qətlə yetirdikləri insanların hamısı- 63 nəfər körpə uşaq, 106 qadın, qocalar- dinc əhali idi. Ermənilər tarixin bütün dövrlərində, bu gün də silahsız insanları qətlə yetirirlər.
İndiyə qədər həmin cinayətkarlara qarşı insan hüquqlarından ağız dolusu danışan beynəlxalq qurumlar addım atmayıb. Ermənilərə qarşı ən böyük cəzanı son anda Azərbaycan əsgəri tətbiq edəcək. Başqa qüvvələrdən sanksiya gözləmək reallaşmayacaq. Son hadisələrdə hətta beynəlxalq qurumlar körpə Zəhranın və nənəsinin qətlə yetirildiyi ərazini gözləri ilə gördülər. Ermənilərə heç nə edə bilmədilər. İşğalçı yalnız Azərbaycan ordusu tərəfindən cəzalandırılacaq. İkili standartların fəsadlarını isə Qərb dövlətləri özləri yaşayacaq”.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın bildirdiyinə görə, bu hərbi münaqişə zamanı Azərbaycandan 175 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir.
Komitə sədri vurğulayıb ki, dövlətimiz münaqişə müddətində 214 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub, 66 uşaq itkin düşüb, 29 uşaq isə hələ də girovluqdadır:
"Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edib və bu dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si yaralanıb”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə