ATƏT-dən imtinanı gündəmə gətirməliyik- Cümşüd Nuriyev





ATƏT-in yeni fransalı həmsədri Stefan Viskontidən heç bir gözləntim yoxdur.

Bunu Sherg.az-a siyasi elmlər doktoru Cümşüd Nuriyev söyləyib. 
O, qeyd edib ki, yeni həmsədrin təmsil etdiyi ölkənin mövqeyi bizə yaxşı məlumdur: 

" Fransa ATƏT-in həmsədri kimi Ermənistanla bağlı nəinki kəskin heç loyal mövqe də sərgiləməyib. Hətta özlərinə aid olan məsələlərə belə ikili standartlardan yanaşıblar. Bundan başqa nəzərə almaq lazımdır ki, Fransanın indiki prezidenti Fransua Olland siyasi cəhətdən dişsiz adamdır. Onun kəksin mövqeyi olmayacaq. Bu mənada ya ATƏT-dən imtina etmək məsələsini gündəmə gətirməliyik, ya da bu qurum formatını dəyişməlidir. Bu təşkilatın gördüyü bir əməli iş yoxdur. Necə olur ki, xristian- müsəlman dövlətləri arasındakı qarşıdurmanın həlli ancaq xristian dövlətlərinə həvalə olunur? Burada tərəfsizlikdən söhbət belə gedə bilməz".

Ekspertin qənaətincə, fransalı həmsədrin dəyişməsi növbəti bir oyundur: 

"S.Viskonti də hələ 6 ay deyəcək ki, vəziyyətlə tanış olum. Onlar zamanı uzatmaq üçün növbəti oyuna əl atıblar. Ona görə ki, 2017-ci ilin mayında Fransada seçkilər baş tutacaq. Bu o deməkdir ki, bu müddət ərzində Dağlıq Qarabağ məsələsinin müzakirəsi belə gündəmdə olmayacaq. Yenə də həmsədrlər bəyanatlar verəcək ki, prezidenlər bir araya gəlmir. Bu mənada yeni həmsədrdən də ağıllı bir addım gözləmirəm".

Qeyd edək ki, Stefan Viskonti ATƏT-in Minsk qrupunun yeni fransalı həmsədri seçilib.O, bu vəzifədə Pyer Andryunu əvəz edib.
 
Ayyət Əhməd