ATƏT heç bir iş görə bilməyib
15:55 11.11.2017
Arxiv
534
Nə ilin sonu, nə də gələn il Qarabağ münaqişəsinin həlli gözlənilmir
ATƏT-in Minsk Qrupunun həmsədrləri ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar. Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Cenevrədə keçirilən sammitin yekunları nəzərə alınaraq, prosesin davamlı olmasına ciddi səy göstərilir. Nazirlərin növbəti görüşünədək həmsədrlər Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirəcəklər.
Hazırda rusiyalı həmsədr amerikalı və fransalı həmkarları ilə birlikdə məsləhətləşmələrin yeri və tarixi məsələsi üzərində işləyir. Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvada həmsədrlərlə görüşəcəyini bildirib. Bəzi ekspertlərin fikrincə, il bitmədən XİN rəhbərlərini bir araya gətirməyə tələsən həmsədrlər əvvəlki təmasların nəticəsiz qalmadığını və danışıqlar prosesinin davamlı olacağını sübut etməyə səy göstərirlər.
Siyasi şərhçi Vasif Əfəndiyev "Şərq”ə açıqlamasında bildirib ki, ATƏT-in indiki formatı indiyə qədər Qarabağ münaqişəsinin həlli üçün heç bir iş görə bilməyib. Bundan sonra da əsaslı dəyişikliyin baş verməsi inandırıcı görünmür:
"Lakin bu qurum hadisələrin xaotik inkişafının qarşısını ala bilib. Ən azından hərbi cəhətdən tam inkişaf etmədiyimiz zamanlarda işğalın daha da genişlənməsinə imkan verməyib. İndi güclü Azərbaycan ordusu öz torpaqlarını geri qaytarmaq istəyini ortaya qoyur. Əvəzində isə yenidən bizdən sülh siyasətimizi davam etdirməyimizi istəyirlər. Həmsədr dövlət olan Rusiya işğalçı ölkəni ağır döyüş silahları və uzaqvuran raketlərlə təmənnasız olaraq silahlandırır. Belə vəziyyətdə Rusiyanın ATƏT-in tərkibində münaqişənin həllinə cəlb edilməsi böyük yanlışlıqdır. Ermənistanın Rusiyanın ən yaxın müttəfiqi olması və Cənubi Qafqazda Rusiyaya məxsus ən böyük hərbi bazanın düşmən ölkədə yerləşməsi deməyə əsas verir ki, Moskva münaqişənin həllində hakim rolunu oynaya bilməz”.
Ekspert bildirib ki, qardaş ölkənin Prezidenti cənab Ərdoğanın ərəb siyasətindən sonra istiqamətini Qarabağa yönəltməsi çox yaxşı haldır:
"Ərdoğan Putinə anlatmağa çalışır ki, münaqişə həll olunmadan regionda böyük iqtisadi layihələrin gerçəkləşməsi mümkün deyil. Hətta yaxın aylarda açılışı gözlənilən Şimal-Cənub dəmir yolu xətti "yarımcan” halda fəaliyyət göstərəcək. Lakin bütün bunlara baxmayaraq, Putinin torpaqların işğaldan azad olunması üçün mühüm addımlar atacağını gözləmirəm. Əvvəla ona görə ki, qarşıda Rusiya, Azərbaycan və Ermənistanda prezident seçkiləri gözlənilir. Putin üçün siyasi maraqlar Qarabağ münaqişəsinin həllindən daha vacibdir.
Ona görə də nə bu ilin sonu, nə də gələn il münaqişənin həlli üçün irəliləyiş gözləmirəm. Dəfələrlə qeyd etdiyim kimi, ATƏT-in Minsk Qrupunun tərkibi dəyişdirilməlidir. Bura Almaniya, Türkiyə və Pakistan əlavə olunmalıdır”.
Politoloqun fikrincə, ilin sonuna doğru hansısa görüşün baş tutması üçün ilk növbədə atəşkəs rejiminə ciddi əməl olunmalıdır:
"Əslində ilin sonunda indiyə qədər əldə olunan razılaşmaların həyata keçirilməsi planı təsdiq olunmalı idi. Lakin mövcud vəziyyəti dəyərləndirərkən bunun baş verməyəcəyini demək mümkündür”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi