ATV-nin rəhbəri Vüqar Qaradağlı işdən çıxarıldı - YENİ TƏYİNAT




Bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.
APA-nın məlumatına görə, onun yerinə Azər Xəlilov təyin olunub.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli A. Xəlilovu artıq kollektivə təqdim edib.
A. Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.