Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi
16:50 24.11.2017
Arxiv
1053
Avropa İttifaqı əvvəlki kimi bütün tərəfdarlarının ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir.
Trend-in məlumatına görə, bu barədə sammitdə qəbul edilmiş birgə bəyannamədə qeyd olunub.
Bəyanamədə daha sonra bildirilir ki, Brüsseldə keçirilən V Şərq Tərəfdaşlığı Sammitinin iştirakçıları regionda həll olunmamış münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolla nizamlanmasına kömək etmək üzrə səyləri dəstəkləməyə çağırır.
Bəyannamədə deyilir: "BMT Nizamnaməsində, 1975-ci il Helsinki Yekun Aktında və 1990-cı il Paris Xartiyasında qeyd edilən məqsəd və prinsiplərə hörmət Avropanın dincliyi və bölünməzliyi naminə böyük əhəmiyyət daşıyır”.
Sammit iştirakçıları regionun bir çox hissələrində beynəlxalq hüquq prinsiplərinin davamlı şəkildə pozulması ilə bağlı narahatlıqlarını bildirib:
"Münaqişələrin həlli, etimad və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi iqtisadi və sosial inkişaf, eləcə də əməkdaşlıq üçün vacib əhəmiyyət daşıyır. Sammit iştirakçıları Aİ-nin münaqişələrin həlli və etimadın möhkəmləndirilməsi üzrə səylərini və rolunun güclənməsini alqışlayır”.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Şərq Tərəfdaşlığı Avropa İttifaqının altı qonşu ölkəsini - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir.
Budəfəki Sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və ya hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə ediblər. Onlar, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, Riqa Sammitindən sonrakı nailiyyətləri qiymətləndiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya