Avropa Komissiyası “Google”u 1 milyard avro cərimələyə bilər




ABŞ-ın "Google” şirkəti axtarış sistemləri bazarındakı aparıcı mövqelərindən sui-istifadə etdiyinə görə Avropa İttifaqının antiinhisar qurumları tərəfindən 1 milyard avro məbləğində cərimə oluna bilər.

İKT.lent.az-ın "Financial Times” nəşrinə istinadən məlumatına görə, cərimə qərarını Avropa İttifaqının antiinhisar qurumları yaxın həftələrdə qəbul edəcəklər.
Şirkət "Google Shopping” xidməti ilə işlədiyi zaman tutduğu aparıcı mövqedən sui-istifadədə günahlandırılır. Avropa Komissiyası və "Google” şirkəti isə bununla bağlı heç bir şərh verməyiblər.

Bu, antiinhisar sahəsində ən böyük cərimə məbləği ola və 2009-cu ildə çip istehsalçısı "İntel” şirkətinin üzərinə qoyulmuş 1 milyard avro həcmində olan cərimə məbləğini də üstələyə bilər.