Avropada 44 ildən sonra temperatur rekordu qırıldı

Avropada havanın temperaturu 44 illik rekordu yeniləyib və demək olar ki, 49 dərəcəyə çatıb.
Bu barədə “Corriere della Sera” məlumat yayıb.
Qeyd olunur ki, avqustun 11-də Siciliyanın Sirakuza şəhərində havanın temperaturu 48,8 dərəcə olub. Buna qədər yalnız 1977-ci il avqustun 11-də Afinada 48 dərəcə temperatur qeydə alınıb.
Avropa alimləri həmçinin növbəti günlərdə bu rekordun yenilənəcəyini istisna etməyiblər.