Avropada ayrıca sərhəd polisi yaradılacaq
06:11 14.07.2018
Arxiv
468
İyulun 12-də Avstriyanın İnnsbruk şəhərində Avropa İttifaqı ölkələri daxili işlər və ədliyyə nazirlərinin qeyri-formal toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Avstriyanın Aİ Şurasına sədrliyi dövründə baş tutan ilk geniş tərkibli nazirlər toplantısında əsas müzakirə mövzusu Avropanın xarici sərhədlərinin qorunması, qaçqın və miqrasiya problemləri olub.
Avstriyanın daxili işlər naziri Herbert Kikl birgə mətbuat konfransında bildirib ki, hal-hazırda Aİ daxilində qaçqınlar və miqrasiya məsələlərində yaranmış dinamikadan istifadə edərək, mühüm qərarların qəbulu üçün zaman yetişib. O, qaçqın və miqrasiya problemlərinin bir çoxları tərəfindən Aİ-nin gələcək aqibətini həll edəcək suallar kimi dəyərləndirildiyini də diqqətə çatdırıb.
Əsas məqsədin Şengen məkanını xilas etmək və Avropa ölkələri arasında sərhəd nəzarəti olmadan gediş-gəlişin tam şəkildə bərpa olunmasına çalışmaq olduğunu vurğulayan nazir bunun üçün böhranlara davamlı xarici sərhəd mühafizəsi və qaçqın qəbulu sisteminin mövcudluğunu əsas şərt kimi qeyd edib.
Nazirlərin toplantısında Aİ sərhəd mühafizəsi agentliyinin (FRONTEX) səlahiyyətlərinin gücləndirilməsi, müvafiq mandat və büdcə ilə təmin edilməsi barədə razılıq əldə edilib. Avropa İttifaqının daxili işlər üzrə komissarı Dimitris Avramopoulus isə qeyd edib ki, 2020-ci ilədək Aİ sərhəd polisi 10 min əməkdaşı əhatə edən ayrıca bir quruma çevriləcək. Eyni zamanda qaçqınların mənşə və tranzit ölkələrində də qaçqın axınını dayandırmaq üçün müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat