Ayı pəncələri: Rezin şindən çıxanlar polisləri şok etdi

Təəccüblü xəbər yenə Çindən gəldi. Polis məmurları şübhələndikləri bir yük maşınını dayandırıblar. Elə hər şey də bu zaman ortaya çıxıb.
Rezin şinlər daşıdığını iddia edən yük maşınının sürücü, nə etdisə polisləri razı sala bilmədi. Polislər yük maşınıdan rezin şinləri endiriblər. Onlar gördüklərinə inana bilməyiblər.
Rezin şinlərin içində gizəldilmiş boz ayı pəncələri səlahiyyətliləri şok edib. Dərhal istintaq başlayıb. Şübhəli sürücünün heyvanın pəncələrini nə məqsədə, hara daşıdığı araşdırılır.