"Real" və "Çelsi" Aleks Skottla maraqlanır

İngiltərənin "Çelsi" klubu "Bornmut"un futbolçusu Aleks Skottun transferi istiqamətində işlərə başlayıb.

Teleqraf "The Telegraph"a istinadən xəbər verir ki, "zadəganlar" 23 yaşlı yarımmüdafiəçinin transferində əsas namizəd hesab olunur. Futbolçu ilə "Liverpul" və "Arsenal" klubları da yaxından maraqlanır.

"TEAMtalk"ın məlumatına görə, İspaniyanın "Real" (Madrid) klubu da ingilis yarımmüdafiəçini transfer etmək niyyətindədir. "Kral klubu"nun skautları A.Skottu ən azı dörd matçda, o cümlədən İngiltərə millisinin Xorvatiyaya 7:0 hesabı ilə qalib gəldiyi görüşdə canlı izləyiblər.

Xatırladaq ki, 23 yaşlı futbolçu 2023-cü ildən "Bornmut"da çıxış edir.