Azərbaycan 14-cü qızıl medalını qazanıb



İlk Avropa Oyunlarının səkkizinci günündə Azərbaycan 14-cü qızıl medalını qazanıb. İdman Gimnastikası üzrə də ateltlərimiz qızıl əyarlı medala sahibləniblər. Belə ki, Kişilər arasında paralel qollarda Oleq Stepko bu dəfə 15.733 xalla rusiyalı və rumuniyalı rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bu, yığmamızın 14-ü qızıl olmaqla, 33-cü medalıdır. Təmsilçimiz bu hərəkətdə ən yaxın izləyiciləri rusiyalı David Belyavski (15,700) və rumıniyalı Marius Berbeçar (15,600) qabaqlayıb.

Qeyd edək ki, buna qədər O.Stepko yarışlar müddətində gümüş və bürünc medallar qazanıb.

Vüqar