"Azərbaycan Beynəlxalq Bankı”nın özəlləşdiriləcəyi tarix bəlli oldu
07:43 23.11.2017
Arxiv
410
""Prezident İlham Əliyevin 15 iyul 2015-ci il tarixli "Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması” istiqamətində imzaladığı fərmana uyğun olaraq bu ili 9 ayı ərzində artıq demək olar ki, bu bankın sağlamlaşdırılması tədbirləri yekun fazaya keçib”.
"APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib.
Onun sözlərinə görə, bu il ərzində təxminən 4,3 mlrd. manat həcmində toksik aktiv bankın balansından çıxarılaraq "Aqrarkredit”ə ötürülüb: "Nəticədə Beynəlxalq Bankın sistem əhəmiyyətli bank olmağı və sektorda dominant payının aşağı salınması sektorun diversifikasiyası üçün palatanın qarşısında duran vəzifə və tələblərdən biri idi. Məlumat üçün deyim ki, bu proseslərdən sonra bankın sektordakı payı 41%-dən 27%-ə düşüb. Mütləq ifadədə bu təxminən 13 mlrd. manatdan 7 mlrd. manata qədər aşağı salınıb”.
İ. Alışov vurğulayıb ki, Beynəlxalq Bank 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya