Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəfat edib
08:31 07.01.2019
Arxiv
576
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə ağır itki üz verib.
"Sherg.az" xəbər verir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev yanvarın 7-də ömrünün 56-cı ilində vəfat edib.
Çingiz Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1987 "Xəzərdənizneftdonanma” idarəsində kapitan köməkçisi kimi başlayıb. Biliyi və bacarığı hesabına qısa vaxtda kapitan vəzifəsinədək yüksələ bilib. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan kapitan kimi 5 il işləyib.
1993-1996-cı illərdə "Xəzərdənizneftdonanma” idarəsində dənizdə təhlükəsiz üzmə xidmətinin rəis müavini və rəisi, "Xəzərdənizneftdonanma” idarəsinin rəis müavini, 1996-2006-cı illərdə "British Petroleum” şirkətində dəniz işləri üzrə rəis, 2006-13-cü illərdə "Caspian Marine Services” LTD şirkətində direktor vəzifələrində çalışıb. Bu dövrdə "Günəşli” yatağında platformaların 30%-nin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 №li platformasının tam qurulmasında, "Çıraq” platformasının özülünün qoyulmasında iştirak edib. 2013-cü ilin dekabrından Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.
23 senytabr 2015-ci il tarixində texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Akademiyaya rəhbərlik etdiyi ilk gündən təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsil prosesinin modernləşdirilməsinə çalışıb. Fəaliyyəti dövründə uğurla həyata keçirdiyi köklü struktur dəyişiklikləri, məqsədyönlü kadr siyasəti Akademiyada tədris prosesinin keyfiyyətini xeyli yaxşılaşdırıb.
Çingiz Əliyev Akademiyada tədris prosesinin yeni innovativ metodlarla təşkili və idarə olunması, tədrisin təkmilləşdirilməsi, onun elm və istehsalatla əlaqələrinin möhkəmləndirilməsi prosesini daim diqqət mərkəzində saxlayıb. ADDA-nın müasir dünya tələblərinə cavab verən maddi-texniki baza ilə təmin olunmasında, burada professor-müəllim və tələbə heyətinin səmərəli fəaliyyəti üçün hər cür şəraitin yaradılmasında əvəzsiz xidmətləri olub.
"Donanmanın fəxri işçisi” olan Çingiz Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb, dövlət başçımızın 21 oktyabr 2018-ci il tarixli sərəncamı ilə "Gəmiçilik sahəsində xidmətlərə görə medalı ilə təltif edilib.
17 elmi məqalənin, beş dərsliyin müəllifi olan Çingiz Əliyev ölkənin ictimai həyatında da yaxından iştirak edirdi.
Tələbkar olduğu qədər də qayğıkeş rəhbər, səmimi insan Çingiz Mansur oğlu Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region