"Azərbaycan heyəti yanğından yanğına qaçır"
03:52 12.08.2021
Arxiv
540
Yanğınsöndürənlərimizin fədakarlığı Türkiyə mediasının diqqətindədir
Azər Həsrət: "Biz Türkiyə ilə nəfəs alırıq. Ona görə FHN-in əməkdaşları bütün varlıqları ilə, bəzən də həyatlarını təhlükəyə ataraq yanğınların söndürülməsi üçün əllərindən gələni edirlər"
Türkiyədə baş verən və günlərdir davam edən meşə yanğınlarının söndürülməsinə dəstək olmaq üçün Azərbaycandan göndərilən yanğınsöndürənlər qardaş ölkədə böyük sevgi ilə qarşılanıb. Yanğınsöndürənlərimizin fədakarlığı Türkiyə mediasının da diqqətindən kənarda qalmayıb. “CNN Türk” telekanalı qəzetlərdə gündəlik çıxan xəbərləri incələyərkən azərbaycanlı yanğınsöndürənlərin əməyini yüksək qiymətləndirib. Proqramda “Türkiyə” qəzetinin “Azərbaycan heyəti yanğından yanğına qaçır” başlıqlı yazısına xüsusi diqqət çəkilib. Proqramın aparıcısı yanğınsöndürənlərimizin Ana Vətənlərindəki kimi çalışdıqlarını xüsusi qeyd edib.
Bu arada, “Türkiyə” qəzetinin sözügedən yazısında Azərbaycanın çətin zamanlarda yanında olan Türkiyəni meşə yanğınlarında yalnız buraxmadığı vurğulanır. Qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev meşə yanğınlarında dəstək üçün qardaş ölkəyə 93 yanğınsöndürən maşın, bir helikopter və 710 nəfərlik heyət göndərib.
Tapşırıqdan tapşırığa qaçan heyətin 200 nəfərlik hissəsi Aydın vilayətinin Çine bölgəsində yanğınsöndürmə işlərinə qatılıb. “Sabah” qəzeti də yanğınsöndürənlərimizin xidmətinə biganə qalmayıb.
Qəzet yazır ki, “azərbaycanlı yanğınsöndürənlər eyni dili danışdıqları Türkiyədə yerli xalqla dialoq qurmaqda da heç bir çətinlik çəkmirlər”. “Takvim” qəzeti isə yazır ki, “Türkiyə Qarabağda qardaşlarını yalnız buraxmadı, Azərbaycan heyəti də Egedə yanğınların üzərinə atıldı. İki ölkənin qardaşlığını yenidən təsdiqlədi”. Yazıda daha sonra qeyd olunur ki, “azərbaycanlı qardaşların qazma-bellə dağlarda yanğınla mübarizəsi göz oxşayır”.
Qeyd edək ki, Türkiyədə sosial mediada sadə vətəndaşlar da göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minlərlə təşəkkür mesajları ünvanlayıblar və yanğınsöndürənlərimizin fədakarlığını yüksək qiymətləndirərək onlara təşəkkürlərini bildiriblər.
Siyasi-şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qardaş Türkiyə xalqına bu çətin anlarda çox yaxından dəstək verir. O vurğulayıb ki, onlar bütün varlıqları ilə, bəzən də həyatlarını təhlükəyə ataraq yanğınların söndürülməsi üçün əllərindən gələni edirlər:
"Bilirsiniz ki, bütün xalqımız Türkiyə xalqı ilə həmrəydir. Həmçinin, Azərbaycan dövləti də Türkiyə ilə həmrəydir. Təbiidir ki, İlham Əliyevin şəxsən özü yanğınla bağlı Rəcəb Tayyib Ərdoğanla daim əlaqə saxlayıb. Daimi olaraq xarici işlər nazirlərimiz də informasiya mübadiləsi edirlər. Yəni Azərbaycan bir növ Türkiyə ilə nəfəs alır. O baxımdan bizim əməkdaşlarımız da deyilənlərdən əslən geri qalmırlar. Və bacardıqlarından da artıq can fəda edərək qardaş ölkəyə, qardaş xalqa dəstək verirlər. Əlbəttə ki, bu da Türkiyə mediasının və ictimai rəyinin diqqətini cəlb etməyə bilməz. Ona görə də Türkiyədən çoxsaylı insanlar azərbaycanlıların təqdirlərini dilə gətirməkdə xəsislik etmirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm