"Azərbaycan İranla birgə dərman istehsalı müəssisəsi yarada bilər" - MƏLUMAT VAR




"Ölkəmizdə dərman istehsalın başlanması üçün investisiya ayrılmalıdır".

Bunu Sherg.az-a İqtisadiyyat naziri Şahin Mustafayevin "Azərbaycanda ilk olaraq həb və kapsul dərmanları istehsal olunacaq" açıqlamasına münasibət bildirərkən Nazirlər Kabinetinin iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin sabiq müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyib. 

O, bildirib ki, dünyada 10 mindən çox dərman növü mövcuddur və onların hamısının ölkəmizdə istehsalı mümkün deyil:" Ona görə də, hesab edirəm ki, geniş yayılmış xəstəliklərin statistikası müəyyən edilməli və ona uyğun dərmanlar istehsal edilməlidir: 

"Ən çox əsas dərmanlar - onkoloji və ya şəkərli-diabet xəstəliklərinin müalicəsində istifadə edilənlər  hazırlana bilər. Mənim şöbə müdiri çalışdığım dönəmdə şəkər xəstələrinin təminatı üçün 10 milyon vəsait ayrılırdı. İndi isə bilmirəm, nə qədər ayrılır. Amma deyim ki, yerli istehsalın artması ilə bu vəsaitin ayrılması ləğv oluna bilər. Qiymət artımının olmaması  və dərmanların istifadəsinin vacibliyi baxımından da yerli istehsalın inkişafı zəruridir. Bu məsələdə İranla danışıqlar aparılaraq, müştərək müəssisə yaradılması haqqında məlumat var. Sözsüz ki, təqdir olunmalı layihə olduğundan onun icrasına başlanmalıdır”.

Qeyd edək ki, iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda ilk dəfə həb və kapsul dərmanların istehsal ediləcəyini deyib.

Ayyət