Azərbaycan-Macarıstan iqtisadi əlaqələri genişlənir - FOTO
15:04 10.03.2021
Arxiv
408
Vətən müharibəsi zamanı Macarıstanın Azərbaycana açıq dəstəyini nümayiş etdirməsi və müharibədən sonra macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulmağa hazırlaşması iki ölkənin dostluq münasibətlərini və iqtisadi əməkdaşlığının inkişafını göstərir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bunu Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan, Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə vurğulayıb.
Görüşdə ölkəmizin işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinə cəlb olunacaq macar şirkətləri üçün Macarıstanın “EximBank”ı tərəfindən 100 mln. dollar kredit xətti ayrıldığı qeyd edilib. Həmin ərazilərin minalardan təmizlənməsi işinə Macarıstan tərəfinin 25 min avro qrant ayırdığı bildirilib.
Birgə Komissiyanın fəaliyyətinin nəticələri təhlil edilib. İki ölkənin ticarət dövriyyəsinin 2020-ci ildə daha 9% artmasının müsbət dinamikanın təzahürü olduğu vurğulanıb. Dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin uğurlu nəticələrindən bəhs olunub. Ötən dövrdə Bakı və Budapeştdə keçirilən biznes forumların, işgüzar görüşlərin, Budapeştdə Azərbaycan Evinin açılmasının da iqtisadi əlaqələrin inkişafında önəmi diqqətə çatdırılıb.
Enerji, nəqliyyat və turizm, kənd təsərrüfatı, təhsil və s. sahələrdə əlaqələrin, qarşılıqlı investisiyaların mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya
Sumqayıt yenidən qara tüstüyə bürünüb - Ekoloqdan SOS
15:28 28.07.2026
Aktual
Minə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb
15:18 28.07.2026
Cəmiyyət
Suriyadan qayıdanlarla işləmək çox ağırdır - Ekspert
14:42 28.07.2026
Cəmiyyət
Quterreş Kiprlə bağlı xəbərdarlıq etdi
14:17 28.07.2026
Dünya
Aİ Ermənistan bazarını açmağa hazır deyil
14:03 28.07.2026
Gündəm