Azərbaycan Ordusunun əsgəri şəhid olub




 Azərbaycan Ordusunun əsgəri şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Ərəbli Rahil Rafiq oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!