Azərbaycan və İran prezidentlərinin görüşündə 4 sənəd imzalandı
11:50 09.04.2014
Arxiv
575
Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib.
APA-nın Tehrana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə İİR Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumuna Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın gənclər və idman naziri Mahmud Qudərzi imza atıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi və İran Daxili İşlər Nazirliyi arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqda anlaşma memorandumu imzalanıb. Sənədi Elmar Məmmədyarov və İran daxili işlər naziri Əbdülrza Rəhmani imzalayıb.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikası Yol və Şəhərsalma Nazirliyi arasında hidrometeorologiya məsələləri ilə bağlı əməkdaşlıq haqda anlaşma memorandumu da imzalanıb. Sənədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və İranın yol və şəhərsalma naziri Abbas Axundi imza atıb.
Daha sonra Azərbaycan və İran hökumətləri arasında Ordubad və Marazan Su Elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın energetika naziri Həmid Çitçian imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən əvvəl isə Azərbaycan prezidenti İlham Əliyev İİR prezidenti Həsən Ruhani arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.
Səfər davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət